

The Last of Us Part I - Naughty Dog-un ilk oyununun PS5 üçün sıfırdan qurulmuş remeykidir. Joel-ə tapşırıq verilir: 14 yaşlı Ellie-ni hərbi karantin zonasından gizlicə çıxarmaq. Seriya bu hekayə ilə başlayır.
Oyun başqasının hesabında deyil, sizin PSN hesabınızda olur. Balans kodunu özünüz yükləyirsiniz, parol vermirsiniz.
Buraxılışı seçirsiniz: Standart və ya Digital Deluxe
Ödənişdən sonra balans kodu sifariş səhifəsində görünür
Kodu PlayStation Store-da Redeem Code bölməsinə yazırsınız
Balans cüzdana düşəndən sonra oyunu tapıb alırsınız
Kodun məbləği oyunun qiymətindən bir az çox ola bilər. Artığı cüzdanınızda qalır, növbəti alışda işlədirsiniz.
Naughty Dog-un PS5 mühərrikində yenidən qurulub
Left Behind - Ellie və Riley-nin hekayəsi olan əvvəlki fəsil də daxildir
DualSense adaptiv tətikləri, titrəmə və 3D səs
Türkcə səs və türkcə altyazı var
Oyun ikisində də eynidir. Deluxe-də əlavə məzmun gəlir, nə olduğunu PS Store-da oyunun səhifəsində görə bilərsiniz.
Türkcə səs də, türkcə altyazı da var. Azərbaycanca yoxdur
Oyun yalnız PS5 üçündür
Yalnız tək oyunçu. Factions onlayn rejimi bu oyunda yoxdur, PS Plus lazım deyil
Yaş həddi: PEGI 18
The Last of Us Part I türkcədir?
Bəli, tam türkcədir. Həm səs, həm altyazı var.
Azərbaycan hesabı ilə alınır?
Azərbaycanda PlayStation oyunları başqa region üzərindən alınır, oyunçuların çoxu TR region hesabı işlədir. Bu kod da həmin hesab üçündür, başqa regionda işləmir. PS hesabınız yoxdursa, PlayStation Hesabı məhsulunu ala bilərsiniz. PlayStation oyunları üçün hesab, balans kodu və oyunlar - hamısı Based.Az-da!
PS4-də işləyər?
Xeyr. Bu remeyk yalnız PS5 üçün hazırlanıb.
Kod nə vaxt gəlir?
Kod stokdadırsa, ödənişdən sonra sifariş səhifəsində görünür. Gecikərsə, sifariş çatına yazın.
Onlayn rejim var?
Xeyr. Oyun yalnız tək oyunçu üçündür, Factions daxil deyil. PS Plus lazım deyil.
PS Plus-da var, niyə alım?
Kataloqda oyun abunəlik davam edənə qədər açıqdır. Alınmış oyun isə abunəlik bitəndə də hesabınızda qalır. Abunəlik istəyirsinizsə: PlayStation Plus Deluxe.
Kod ilk təqdimatda işləmirsə, 24 saat ərzində sifariş çatında bildirin: kod dəyişdirilir, dəyişmək mümkün olmasa Ödəniş və Geri Ödəniş Qaydalarına uyğun geri ödəniş edilir. Kod aktivləşdirildikdən sonra geri qaytarılmır və dəyişdirilmir.
Bunlar da lazım ola bilər: PSN balans kodu (istədiyiniz məbləğdə), The Last of Us Part II Remastered (davamı).
The Last of Us, PlayStation və PSN Sony Interactive Entertainment-in əmtəə nişanlarıdır. Based.Az onlarla əlaqəli və ya onların təsdiqlədiyi satıcı deyil.
Sifariş səhifəsində kodu kopyalayın. Bəzən 2 kod gəlir - ikisini də yükləyin
Konsolda PlayStation Store-u açın, ya da telefonda və ya kompüterdə playstation.com-a öz PSN hesabınızla girin
Profil menyusunda Redeem Code bölməsini açın
12 simvollu kodu yazıb təsdiqləyin. Oyunun öz kodudursa, oyun birbaşa Kitabxanaya düşür. Balans kodudursa, məbləğ cüzdana düşür, oyunu növbəti addımla alırsınız
Store-da "The Last of Us Part I" yazın, sifariş etdiyiniz buraxılışı (Standart və ya Digital Deluxe) seçib alın
Oyun Kitabxanada görünür, oradan yükləyirsiniz
Balans kodu verilibsə, kodun məbləği oyunun qiymətindən bir az çox olur: məsələn, 910 TL-lik oyun üçün 1 000 TL kod verilir. Artıq qalan 90 TL kimi balans PSN cüzdanınızda qalır - növbəti alışda əlavə, PS Plus və ya başqa oyun üçün işlədirsiniz
Kodu yazmazdan əvvəl öz hesabınızda olduğunuza baxın - balans başqa hesaba keçirilmir
Hər kod bir dəfə işlənir
Oyun yalnız PS5-də işləyir
18 yaşdan kiçiyin hesabında xərcləmə limiti varsa, valideyn hesabından limiti açın, yoxsa oyun alınmır
Kod işləmirsə, sifariş çatına xəta yazısının ekran şəklini göndərin
Sifarişdən sonra bütün detallar Sifarişlərim - Məlumat və Təlimat bölməsindədir.
Yuxarıdakı siyahıdan uyğun müddəti və ya paketi seçin - qiymət seçimə görə dəyişir.
"İndi al" birbaşa ödəniş səhifəsinə keçirir; bir neçə məhsul almaq üçün "Səbətə at" seçilir. Sifariş üçün Based.Az hesabına daxil olmaq kifayətdir.
Bank kartı, BirBank, m10, Portmanat, Apple Pay / Google Pay, kartdan-karta köçürmə və ya sayt balansı ilə. Komissiya yoxdur - ödəniş rüsumunu Based.Az qarşılayır.
Komanda sifarişi iş saatlarında (09:00-01:00) hazırlayır, gecikmə olsa maksimum 24 saat; hazır olanda Sifarişlərim bölməsində görünür.
Ödənişdən sonra sifariş komanda tərəfindən hazırlanır: iş saatlarında (09:00-01:00) adətən qısa müddətdə, gecikmə olsa maksimum 24 saat ərzində. Hazır olanda Sifarişlərim bölməsində görünür.
Giriş məlumatları (e-poçt, şifrə və ya kod) Sifarişlərim bölməsində sifarişin yanında çıxır. Təsdiq kodu adətən lazım olmur; istənsə canlı dəstəyə yazmaq kifayətdir - kodu operator göndərir.
Zəmanət məhsuldan asılıdır: paketin adında yazılıbsa (məs. "3 ay zəmanətli") o qədərdir, yazılmayıbsa məhsulun təsvirində göstərilib. Zəmanət müddətində problem çıxsa, sifariş nömrəsi ilə canlı dəstəyə yazmaq kifayətdir - zəmanət qaydalarına uyğun həll olunur.
Əvvəlcə canlı dəstəyə yazmaq kifayətdir - problemlərin çoxu elə orada həll olunur. Məhsul 24 saat ərzində təqdim olunmayıbsa və ya qüsurludursa, geri ödəniş mümkündür: məbləğ sayt balansına tam qaytarılır, heç bir xidmət haqqı tutulmur. Ətraflı: geri ödəniş qaydaları.
Cavabı tapmadınız? Canlı dəstəyə yazın
Hələ ki heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Rəy yazmaq üçün daxil olun