

NBA 2K27 - PS5 üçün basketbol oyunudur. Öz oyunçunuzu yaradırsınız, MyCAREER-də onu NBA ulduzu edirsiniz, MyTEAM-də isə xəyalınızdakı komandanı yığırsınız. Based.Az balans kodu verir, oyunu onunla öz PSN hesabınıza alırsınız.
Parolunuzu soruşmuruq, hesabınıza biz girmirik. Oyunçunuz, VC-niz və MyTEAM kartlarınız sizdə qalır.
Buraxılışı seçirsiniz: Standart və ya Deluxe
Ödənişdən sonra balans kodu sifariş səhifəsində görünür
Kodu PlayStation Store-da Redeem Code bölməsinə yazırsınız
Balans cüzdana düşəndən sonra NBA 2K27 oyununu tapıb alırsınız
Kod oyunun qiymətindən bir az çox ola bilər. Qalan balans cüzdanda durur, sonrakı alışa gedir.
MyCAREER - film kimi çəkilmiş yeni hekayə
MyPLAYER Builder - oyunçunuzu daha çox detalla qurursunuz
Yeni City - kişi və qadın oyunçular eyni şəhərdə birlikdə oynayır
MyTEAM - rejim xeyli yenilənib
MyNBA - komandanı menecer kimi idarə edirsiniz
NBA 2K HQ tətbiqi - oyunçunu telefonda qurub konsola yükləyirsiniz, QR kodla dostunuza göstərirsiniz
Oyun hər ikisində eynidir, fərq əlavələrdədir. Standartın üz qabığında Victor Wembanyama, Deluxe-da Caitlin Clark var. Deluxe-da əlavə olaraq 100 000 VC, MyTEAM və MyCAREER üçün bonus məzmun gəlir. Oyunçunuzu tez gücləndirmək istəyirsinizsə, Deluxe sərfəlidir.
Menyuda da, səsdə də türkcə və azərbaycanca yoxdur
Yalnız PS5 üçündür
Bir konsolda 1-4 nəfər oynaya bilər
Onlayn rejimlər üçün PS Plus lazımdır
Yaş həddi: PEGI 16
NBA 2K27 türkcədir?
Xeyr, nə yazılar, nə şərh türkcə deyil.
Azərbaycan hesabı ilə alınır?
Azərbaycanda PlayStation oyunları başqa region üzərindən alınır, oyunçuların çoxu TR region hesabı işlədir. Bu kod da həmin hesab üçündür, başqa regionda işləmir. PS hesabınız yoxdursa, PlayStation Hesabı məhsulunu ala bilərsiniz. PlayStation oyunları üçün hesab, balans kodu və oyunlar - hamısı Based.Az-da!
PS4-də oynamaq olar?
Xeyr. NBA 2K27 yalnız PS5 üçündür, PS4-də işləmir.
VC nədir?
Oyunun içindəki puldur. Onunla oyunçunuzu gücləndirir, geyim və kart alırsınız. Deluxe-da 100 000 VC hazır gəlir.
Kod nə vaxt gəlir?
Kod stokdadırsa, ödənişdən sonra sifariş səhifəsində görünür. Gecikərsə, sifariş çatına yazın.
Onlayn oynamaq üçün başqa nə lazımdır?
PS Plus abunəliyi. Onu PlayStation Plus Deluxe səhifəsində tapa bilərsiniz.
Kod ilk təqdimatda işləmirsə, 24 saat ərzində sifariş çatında bildirin: kod dəyişdirilir, dəyişmək mümkün olmasa Ödəniş və Geri Ödəniş Qaydalarına uyğun geri ödəniş edilir. Kod aktivləşdirildikdən sonra geri qaytarılmır və dəyişdirilmir.
Bunlara da baxın: PSN balans kodu (istədiyiniz məbləğdə), PlayStation Plus Deluxe (onlayn üçün).
NBA 2K27 Take-Two Interactive-in oyunudur. PlayStation və PSN Sony Interactive Entertainment-in əmtəə nişanlarıdır. Oyundakı bütün ad və nişanlar öz sahiblərinindir. Based.Az onlarla əlaqəli və ya onların təsdiqlədiyi satıcı deyil.
Sifariş səhifəsində kodu kopyalayın
Konsolda PlayStation Store-u açın, ya da telefonda və ya kompüterdə playstation.com-a öz PSN hesabınızla girin
Profil menyusunda Redeem Code bölməsini açın
12 simvollu kodu yazıb təsdiqləyin. Oyunun öz kodudursa, oyun birbaşa Kitabxanaya düşür. Balans kodudursa, məbləğ cüzdana düşür, oyunu növbəti addımla alırsınız
Store-da "NBA 2K27" yazın, sifariş etdiyiniz buraxılışı (Standart və ya Deluxe) seçib alın
Oyun Kitabxanada görünür, oradan yükləyirsiniz
Balans kodu verilibsə, kodun məbləği oyunun qiymətindən bir az çox olur: məsələn, 910 TL-lik oyun üçün 1 000 TL kod verilir. Artıq qalan 90 TL kimi balans PSN cüzdanınızda qalır - növbəti alışda əlavə, PS Plus və ya başqa oyun üçün işlədirsiniz
Kodu yazmazdan əvvəl öz hesabınızda olduğunuza baxın - balans başqa hesaba keçirilmir
Hər kod bir dəfə işlənir
18 yaşdan kiçiyin hesabında xərcləmə limiti varsa, valideyn hesabından limiti açın, yoxsa oyun alınmır
Kod işləmirsə, sifariş çatına xəta yazısının ekran şəklini göndərin
Sifarişdən sonra bütün detallar Sifarişlərim - Məlumat və Təlimat bölməsindədir.
Yuxarıdakı siyahıdan uyğun müddəti və ya paketi seçin - qiymət seçimə görə dəyişir.
"İndi al" birbaşa ödəniş səhifəsinə keçirir; bir neçə məhsul almaq üçün "Səbətə at" seçilir. Sifariş üçün Based.Az hesabına daxil olmaq kifayətdir.
Bank kartı, BirBank, m10, Portmanat, Apple Pay / Google Pay, kartdan-karta köçürmə və ya sayt balansı ilə. Komissiya yoxdur - ödəniş rüsumunu Based.Az qarşılayır.
Komanda sifarişi iş saatlarında (09:00-01:00) hazırlayır, gecikmə olsa maksimum 24 saat; hazır olanda Sifarişlərim bölməsində görünür.
Ödənişdən sonra sifariş komanda tərəfindən hazırlanır: iş saatlarında (09:00-01:00) adətən qısa müddətdə, gecikmə olsa maksimum 24 saat ərzində. Hazır olanda Sifarişlərim bölməsində görünür.
Giriş məlumatları (e-poçt, şifrə və ya kod) Sifarişlərim bölməsində sifarişin yanında çıxır. Təsdiq kodu adətən lazım olmur; istənsə canlı dəstəyə yazmaq kifayətdir - kodu operator göndərir.
Zəmanət məhsuldan asılıdır: paketin adında yazılıbsa (məs. "3 ay zəmanətli") o qədərdir, yazılmayıbsa məhsulun təsvirində göstərilib. Zəmanət müddətində problem çıxsa, sifariş nömrəsi ilə canlı dəstəyə yazmaq kifayətdir - zəmanət qaydalarına uyğun həll olunur.
Əvvəlcə canlı dəstəyə yazmaq kifayətdir - problemlərin çoxu elə orada həll olunur. Məhsul 24 saat ərzində təqdim olunmayıbsa və ya qüsurludursa, geri ödəniş mümkündür: məbləğ sayt balansına tam qaytarılır, heç bir xidmət haqqı tutulmur. Ətraflı: geri ödəniş qaydaları.
Cavabı tapmadınız? Canlı dəstəyə yazın
Hələ ki heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Rəy yazmaq üçün daxil olun