

EA SPORTS FC 27 - PS5 və PS4 üçün EA SPORTS futbol oyunudur: 21 000-dən çox futbolçu, yenilənmiş karyera və Ultimate Team. Based.Az-da onu balans kodu ilə öz PSN hesabınıza alırsınız.
Komandanızı yığın, karyeraya başlayın, dostlarla onlayn oynayın - oyun başqasının hesabında deyil, sizin hesabınızdadır. Heç kim hesabınıza girmir, parol soruşulmur. İrəliləyiş də, Ultimate Team komandanız da sizindir.
Buraxılışı seçirsiniz: Standart və ya Ultimate
Ödənişdən sonra balans kodu sifariş səhifəsində görünür
Kodu PlayStation Store-da Redeem Code bölməsinə yazırsınız
Balans cüzdana düşəndən sonra FC 27-ni tapıb alırsınız
Kodun məbləği oyunun qiymətindən bir az çox ola bilər. Artığı cüzdanınızda qalır, növbəti alışda işlədirsiniz.
21 000-dən çox futbolçu, 800-dən çox klub və milli komanda, 35-dən çox liqa, 140-dan çox stadion
The Grounds - dostlarla həyət oyunları, 1-ə 1 matçlar və Clubs bir yerdə. Yalnız PS5-dədir
Menecer karyerası - transfer bazarı yenilənib, klublar oyunçularınıza özləri təklif göndərir
Dynamic OVR - futbolçunun reytinqi formasına, əhvalına və yorğunluğuna görə dəyişir
Ultimate Team-də FUT Gallery - kartlarınızı kolleksiya kimi yığıb səviyyə qaldırırsınız
Künc zərbələri, hücumda qaçışlar və müdafiə yenilənib
Hər iki buraxılışda PS4 və PS5 versiyası birlikdə gəlir, oyunun özü eynidir. Ultimate-də əlavə olaraq 6 000 FC Points (3 aya bölünür), Ultimate Team-də əlavə Evolution yeri, The Grounds və karyera üçün bonus məzmun var. Ultimate Team oynamırsınızsa, Standart kifayətdir.
Ultimate buraxılışında PS Plus yoxdur. Onlayn oynamaq üçün PS Plus ayrıca alınır.
Menyular və yazılar türkcə, ingiliscə və başqa dillərdədir, azərbaycanca yoxdur
Şərh səsinin dillərinə PS Store-da oyunun səhifəsində baxa bilərsiniz
Bir konsolda 1-4 nəfər oynaya bilər
Ultimate Team, Clubs və onlayn matçlar üçün PS Plus lazımdır. Karyeranı PS Plus-sız da oynaya bilərsiniz
Yaş həddi: PEGI 16. Oyunda pulla alınan təsadüfi paketlər var
FC 27 türkcədir?
Menyular və yazılar türkcədir. Şərh səsinin dillərinə PS Store-da oyunun səhifəsində baxa bilərsiniz.
Azərbaycan hesabı ilə alınır?
Azərbaycanda PlayStation oyunları başqa region üzərindən alınır, oyunçuların çoxu TR region hesabı işlədir. Bu kod da həmin hesab üçündür, başqa regionda işləmir. PS hesabınız yoxdursa, PlayStation Hesabı məhsulunu ala bilərsiniz. PlayStation oyunları üçün hesab, balans kodu və oyunlar - hamısı Based.Az-da!
PS4-də alsam, PS5-ə keçəndə yenidən almalıyam?
Xeyr. Standart və Ultimate-də PS4 və PS5 versiyası birlikdə gəlir. PS5-ə keçəndə əlavə pul ödəmirsiniz.
Kod nə vaxt gəlir?
Kod stokdadırsa, ödənişdən sonra sifariş səhifəsində görünür. Gecikərsə, sifariş çatına yazın.
PSN hesabım yoxdursa?
Əvvəl öz hesabınızı açın, sonra sifariş edin. Hesab açanda ölkəni sonradan dəyişmək olmur, ona görə hesabı TL hesabı kimi açın.
Onlayn oynamaq üçün başqa nə lazımdır?
PS Plus abunəliyi. Ona PlayStation Plus Deluxe səhifəsində baxa bilərsiniz.
Kod ilk təqdimatda işləmirsə, 24 saat ərzində sifariş çatında bildirin: kod dəyişdirilir, dəyişmək mümkün olmasa Ödəniş və Geri Ödəniş Qaydalarına uyğun geri ödəniş edilir. Kod aktivləşdirildikdən sonra geri qaytarılmır və dəyişdirilmir.
Bunlar da lazım ola bilər: PSN balans kodu (istədiyiniz məbləğdə), EA SPORTS FC 26 (kompüter üçün).
EA SPORTS FC Electronic Arts-ın, PlayStation və PSN Sony Interactive Entertainment-in əmtəə nişanlarıdır. Based.Az onlarla əlaqəli və ya onların təsdiqlədiyi satıcı deyil.
Sifariş səhifəsində kodu kopyalayın. Bəzən 2 kod gəlir - ikisini də yükləyin
Konsolda PlayStation Store-u açın, ya da telefonda və ya kompüterdə playstation.com-a öz PSN hesabınızla girin
Profil menyusunda Redeem Code bölməsini açın
12 simvollu kodu yazıb təsdiqləyin. Oyunun öz kodudursa, oyun birbaşa Kitabxanaya düşür. Balans kodudursa, məbləğ cüzdana düşür, oyunu növbəti addımla alırsınız
Store-da "EA SPORTS FC 27" yazın, sifariş etdiyiniz buraxılışı (Standart və ya Ultimate) seçib alın
Oyun Kitabxanada görünür, oradan yükləyirsiniz
Balans kodu verilibsə, kodun məbləği oyunun qiymətindən bir az çox olur: məsələn, 910 TL-lik oyun üçün 1 000 TL kod verilir. Artıq qalan 90 TL kimi balans PSN cüzdanınızda qalır - növbəti alışda əlavə, PS Plus və ya başqa oyun üçün işlədirsiniz
Kodu yazmazdan əvvəl öz hesabınızda olduğunuza baxın - balans başqa hesaba keçirilmir
Hər kod bir dəfə işlənir
18 yaşdan kiçiyin hesabında xərcləmə limiti varsa, valideyn hesabından limiti açın, yoxsa oyun alınmır
Kod işləmirsə, sifariş çatına xəta yazısının ekran şəklini göndərin
Sifarişdən sonra bütün detallar Sifarişlərim - Məlumat və Təlimat bölməsindədir.
Yuxarıdakı siyahıdan uyğun müddəti və ya paketi seçin - qiymət seçimə görə dəyişir.
"İndi al" birbaşa ödəniş səhifəsinə keçirir; bir neçə məhsul almaq üçün "Səbətə at" seçilir. Sifariş üçün Based.Az hesabına daxil olmaq kifayətdir.
Bank kartı, BirBank, m10, Portmanat, Apple Pay / Google Pay, kartdan-karta köçürmə və ya sayt balansı ilə. Komissiya yoxdur - ödəniş rüsumunu Based.Az qarşılayır.
Komanda sifarişi iş saatlarında (09:00-01:00) hazırlayır, gecikmə olsa maksimum 24 saat; hazır olanda Sifarişlərim bölməsində görünür.
Ödənişdən sonra sifariş komanda tərəfindən hazırlanır: iş saatlarında (09:00-01:00) adətən qısa müddətdə, gecikmə olsa maksimum 24 saat ərzində. Hazır olanda Sifarişlərim bölməsində görünür.
Giriş məlumatları (e-poçt, şifrə və ya kod) Sifarişlərim bölməsində sifarişin yanında çıxır. Təsdiq kodu adətən lazım olmur; istənsə canlı dəstəyə yazmaq kifayətdir - kodu operator göndərir.
Zəmanət məhsuldan asılıdır: paketin adında yazılıbsa (məs. "3 ay zəmanətli") o qədərdir, yazılmayıbsa məhsulun təsvirində göstərilib. Zəmanət müddətində problem çıxsa, sifariş nömrəsi ilə canlı dəstəyə yazmaq kifayətdir - zəmanət qaydalarına uyğun həll olunur.
Əvvəlcə canlı dəstəyə yazmaq kifayətdir - problemlərin çoxu elə orada həll olunur. Məhsul 24 saat ərzində təqdim olunmayıbsa və ya qüsurludursa, geri ödəniş mümkündür: məbləğ sayt balansına tam qaytarılır, heç bir xidmət haqqı tutulmur. Ətraflı: geri ödəniş qaydaları.
Cavabı tapmadınız? Canlı dəstəyə yazın
Hələ ki heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Rəy yazmaq üçün daxil olun