Based.Az platformasından istifadə qaydaları
Bu səhifə Based.Az platformasında (https://based.az) qeydiyyatdan keçən və xidmətlərdən istifadə edən bütün istifadəçilərə aiddir. Qeydiyyat zamanı “oxudum, qəbul edirəm” işarəsini qoymaqla siz burada yazılanları qəbul etmiş olursunuz.
ƏN VACİB MƏLUMATLAR
• Geri ödəniş yalnız aşağıda və Ödəniş və Geri Ödəniş Qaydalarında göstərilən hallarda mümkündür və əsas qayda olaraq based.az profilinizə balans şəklində əlavə edilir. Məhsul təqdim edilmədikdə, icraya başlanmamış sifariş ləğv edildikdə, ilkin qüsur həll edilmədikdə, sifariş qəbul edilmədikdə və əvvəlcədən bildirilməmiş texniki tələb səbəbindən imtina etdikdə məbləğin ödəniş etdiyiniz üsulla qaytarılmasını tələb edə bilərsiniz.
• Geri ödənişdən və balansın karta və ya ödəniş üsuluna qaytarılmasından (nağdlaşdırma) xidmət haqqı tutulmur. Saytda ödəniş komissiyasızdır.
• Üçüncü tərəf platformalar tərəfindən edilən deaktivasiya və məhdudiyyətlər Based.Az nəzarətində deyil. Məhsul səhifəsində göstərilən zəmanət müddəti xaricində bu hallarda geri ödəniş və ya əvəzləmə öhdəliyi yaranmır, yardım yalnız könüllü göstərilə bilər.
• Hazır və ortaq hesabda şifrəni, e-mail ünvanını, telefon nömrəsini və təhlükəsizlik parametrlərini dəyişməyin: bu, zəmanəti ləğv edir.
1.1. Based.Az Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən rəqəmsal xidmət platformasıdır və rəqəmsal məhsulların əldə edilməsi və texniki aktivləşdirilməsi üzrə vasitəçi xidmət təqdim edir. Based.Az heç bir üçüncü tərəf platformanın rəsmi nümayəndəsi, tərəfdaşı və ya distribütoru deyil.
1.2. Satıcı barədə məlumat (“Elektron ticarət haqqında” Qanunun 5.3-cü maddəsi):
Satıcı: “BASED AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti
Platforma: Based.Az, https://based.az
VÖEN: 2009918621
Vergi: ƏDV ödəyicisi deyil
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 18
E-mail: [email protected]
Telefon: +994 77 535 07 55
Canlı dəstək: Based.Az sistemi, hər gün 09:00-01:00
1.3. Based.Az-dan yalnız qanuni məqsədlər üçün istifadə etmək icazəlidir.
2.1. İstifadəçi qeydiyyat zamanı təqdim etdiyi məlumatların tam, düzgün və aktual olmasına görə məsuliyyət daşıyır.
2.2. Yanlış məlumat nəticəsində yaranan hüquqi və texniki məsuliyyət istifadəçinin üzərindədir.
2.3. Məxfilik Siyasəti və Açıq Razılıq Bəyannaməsi qeydiyyat formasında ayrıca işarə ilə qəbul edilir.
2.4. İstifadəçi Based.Az profilinin giriş məlumatlarını gizli saxlamağa borcludur. Profil vasitəsilə edilən əməliyyatlar istifadəçinin özü tərəfindən edilmiş sayılır, profilin icazəsiz istifadəsi barədə dərhal məlumat verildiyi hallar istisna olmaqla.
3.1. 18 yaşdan aşağı şəxslər platformadan yalnız valideynin və ya qanuni nümayəndənin razılığı ilə istifadə etməlidir.
3.2. Ailə üzvünün və ya digər şəxsin kartından icazəsiz istifadə nəticəsində yaranan məsuliyyət istifadəçiyə məxsusdur. Based.Az bu hallara görə cavabdehlik daşımır.
4.1. Sifariş yalnız ödəniş təsdiqləndikdən sonra sistemdə qeydə alınmış sayılır və hər sifariş üzrə qəbz yaradılır.
4.2. Sifarişdən əvvəl istifadəçi məhsul səhifəsi və Xəbərdarlıq mətni ilə tanış olur, Əsas Müqaviləni, Məsuliyyətin Məhdudlaşdırılması, Ödəniş və Geri Ödəniş Qaydaları və Hüquqi Xəbərdarlıq səhifələrini qəbul edir və icraya dərhal başlanılmasına razılıq verir.
4.3. Rəqəmsal məhsullar adətən dərhal, gecikmə olarsa ödəniş təsdiqləndikdən sonra 24 saat ərzində təqdim edilir.
4.4. Sifarişlər növbə əsasında icra olunur. İcraya başlanılmamış sifariş istifadəçinin müraciəti ilə ləğv edilə bilər və bu halda ödənilmiş məbləğ tam qaytarılır. İcraya başlanılma anı Əsas Müqavilənin 1.1 bəndində və Ödəniş və Geri Ödəniş Qaydalarının 2.4 bəndində müəyyən edilir.
4.5. Rəqəmsal məhsul təqdim olunduğu andan təhvil verilmiş hesab olunur. Təqdimat dedikdə hesab məlumatlarının, giriş imkanının, aktiv linkin, promokodun, dəvətin və ya abunəliyin istifadəçiyə ötürülməsi və ya aktivləşdirmənin tamamlanması başa düşülür.
5.1. Ödəniş yalnız Ödəniş və Geri Ödəniş Qaydalarında göstərilən rəsmi kanallar (o cümlədən Based.Az-ın VÖEN-ə bağlı, saytda göstərilən rəsmi kart hesabına kartdan-karta köçürmə) və ya istifadəçinin balansı ilə qəbul olunur.
5.2. Üçüncü şəxslərə və Based.Az tərəfindən göstərilməmiş hesablara edilən ödənişlərə görə Based.Az məsuliyyət daşımır.
5.3. Ödənişin təsdiqi qəbz, sistem qeydi və ya bank təsdiqi əsasında yoxlanılır. Zəruri hallarda istifadəçidən əlavə təsdiqedici məlumat tələb oluna bilər.
5.4. Məhsul təqdim edildikdən sonra ödənişin əsassız geri çağırılması (chargeback, Əsas Müqavilənin 5.6 bəndi) kobud qayda pozuntusu sayılır.
6.1. Abunəliklərin bitmə tarixi ilə bağlı istifadəçiyə texniki olaraq mümkün olduğu hallarda 2-3 gün əvvəl bildiriş göndərilir. Bildirişin göndərilməməsi istifadə müddətini uzatmır.
6.2. İstifadəçinin öz cihazında və ya şəxsi texniki problem səbəbilə hesabdan istifadə edə bilməməsi geri qaytarma əsası deyil.
6.3. Məhsulun işləmə qaydası, zəmanət müddəti və texniki tələbləri məhsul səhifəsində göstərilir və istifadəçi bu məlumatla tanış olmağa borcludur. Hazır hesablarda şifrənin, e-mail ünvanının, telefon nömrəsinin və təhlükəsizlik parametrlərinin dəyişdirilməsi məhsul səhifəsində və ya sifariş məlumatlarında açıq icazə verilmədikdə qadağandır. Təhvil zamanı sifariş məlumatlarında verilən “dəyişməyin” və “etməyin” tipli göstərişlər də sifarişin şərtidir. Bu qadağa qətidir və zəmanətin şərtidir.
6.4. Tək cihazlıq və fərdi hesabların başqaları ilə paylaşılması qadağandır.
6.5. Ortaq (paylaşımlı) hesablarda e-mail, şifrə, telefon nömrəsi, təhlükəsizlik parametrləri, abunəlik planı və digər istifadəçilərin profillərinin dəyişdirilməsi qadağandır. Bu qaydanın pozulmasına görə məsuliyyət və nəticələr Əsas Müqavilənin ortaq hesablar bölməsi ilə müəyyən edilir.
6.6. Bəzi məhsullarda istifadəçidən VPN, müəyyən region, cihaz və ya giriş üsulu kimi texniki tələblərə əməl edilməsi istənilə bilər. Bu barədə sifarişdən əvvəl məlumat verilir və qaydalar Əsas Müqavilənin texniki tələblər bölməsi ilə tənzimlənir.
6.7.1. Bəzi rəqəmsal xidmətlərin aktivləşdirilməsi üçün Based.Az-ın səlahiyyətli texniki əməkdaşları istifadəçinin sifariş zamanı təqdim etdiyi məlumatlardan yalnız xidmətin aktivləşdirilməsi üçün tələb olunan minimum həcmdə istifadə edə bilər.
6.7.2. Bəzi platformalarda abunəliyin və ya xidmətin aktivləşdirilməsi üçün texniki olaraq region uyğunluğu və digər texniki aktivləşdirmə metodları tələb oluna bilər.
6.7.3. Aktivləşdirmə məqsədi ilə istifadə edilən məlumatlar yalnız sifarişin icrası üçün işlənilir və əlavə kommersiya məqsədləri üçün istifadə edilmir. Aktivləşdirmə üçün təqdim edilən giriş məlumatları sifariş qeydində qorunan qaydada, məhsulun zəmanət müddəti ərzində saxlanılır. Bu müddətdə onlardan yalnız istifadəçinin müraciəti (məsələn, zəmanət və ya dəstək müraciəti) əsasında, habelə qanunvericilikdən irəli gələn tələb və ya mübahisə olduqda istifadə edilir. Zəmanət müddəti bitdikdən sonra bu məlumatlardan istifadə edilmir; onlar qanunvericiliyə uyğun olaraq mühafizə olunan qaydada arxivləşdirilir və ya məhv edilir, mübahisə olduqda isə mübahisə bitənədək saxlanılır. İstifadəçiyə aktivləşdirmədən sonra öz hesabının şifrəsini dəyişmək tövsiyə olunur, məhsul səhifəsində və ya sifariş məlumatlarında başqa qayda göstərilmədikdə.
6.7.4. Bütün texniki icra prosesləri “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Məxfilik Siyasətinə uyğun həyata keçirilir.
7.1. “Elektron ticarət haqqında” Qanunun 9-cu maddəsinə əsasən istifadəçi 7 iş günü ərzində müqavilənin icrasından imtina edə bilər. İstifadəçi sifariş zamanı icraya dərhal başlanılmasına razılıq verdiyinə görə, icraya başlanıldıqdan sonra bu hüquq tətbiq edilmir.
7.2. Geri qaytarılma və ya əvəzləmə yalnız bu hallarda mümkündür:
icraya başlanılmamış sifariş ləğv edildikdə;
Based.Az sifarişi qəbul etmədikdə;
əvvəlcədən bildirilməmiş texniki tələb səbəbindən giriş məlumatlarından istifadə etməzdən əvvəl sifarişdən imtina edildikdə;
məhsul 24 saat ərzində təqdim edilməyibsə;
məhsul ilkin təqdimat zamanı texniki olaraq işləmirsə və ya sifariş anında göstərilən əsas xüsusiyyətlərə uyğun deyilsə, qüsur təhvildən sonra 24 saat ərzində bildirilirsə, bu hal sübutla (məsələn, video və ya ekran görüntüsü ilə) və ya Based.Az-ın öz yoxlaması ilə təsdiqlənirsə, problemin istifadəçi xətası olmadığı müəyyən edilirsə və 24 saat ərzində həll edilə bilmirsə;
məhsul səhifəsində göstərilən zəmanət müddəti ərzində istifadəçinin günahı olmadan girişin itirildiyi və problemin 24 saat ərzində həll edilə bilmədiyi hallarda.
7.3. Yanlış platforma seçimi, məlumatın səhv daxil edilməsi və ya istifadəçi xətası geri qaytarılma əsası deyil.
7.4. Geri ödənişin forması və hesablanma qaydası Ödəniş və Geri Ödəniş Qaydaları ilə müəyyən edilir.
7.5. Vaxtla məhdud rəqəmsal məhsullar və abunəliklər üzrə istifadə müddətinin 90 faizi və ya daha çoxu keçdikdə mütənasib geri ödəniş edilmir.
8.1. Based.Az tərəfindən göstərilməmiş əlaqə vasitələri ilə aparılan yazışma və alış-verişlərə görə Based.Az məsuliyyət daşımır.
8.2. Saxta qəbz, kart fırıldaqçılığı, hesab oğurluğu, ortaq hesabların giriş məlumatlarının dəyişdirilməsi və ya əsassız chargeback şübhəsi olduqda istifadəçinin alış imkanı müvəqqəti dayandırıla, pozuntu təsdiqləndikdə isə istifadəçi müddətsiz bloklana bilər. Bloklama səbəbi istifadəçiyə profilində göstərilir; istifadəçi [email protected] ünvanına müraciət edə bilər. Yoxlama və balans qalığının qaytarılması Ödəniş və Geri Ödəniş Qaydalarının 5.8-ci bəndinə uyğun aparılır.
8.3. Zəruri hallarda qanunvericiliyə uyğun olaraq hüquq-mühafizə orqanlarına məlumat təqdim edilə bilər.
9.1. Based.Az xidmətlərin aktivləşdirilməsi və istifadəçiyə təqdim olunması mərhələsinə, habelə məhsul səhifəsində zəmanət müddəti göstərilibsə, həmin müddət ərzində zəmanət öhdəliyinə görə məsuliyyət daşıyır.
9.2. Məhsulun təqdim edildiyi platformaların (Netflix, Spotify, YouTube, OpenAI və s.) daxili siyasətləri, texniki nasazlıqları, təhlükəsizlik yoxlamaları, hesabların deaktiv edilməsi, məhdudlaşdırılması, xidmətin dayandırılması və ya siyasət dəyişiklikləri Based.Az tərəfindən idarə edilmir. Bu platformalar abunəlikləri və ya hesabları istənilən vaxt, əvvəlcədən xəbərdarlıq etmədən öz şərtlərinə uyğun dəyişdirə, məhdudlaşdıra və ya ləğv edə bilərlər.
9.3. Məhsulun təmin edilməsi üçün xərclər sifariş anında və ya əvvəlcədən çəkilir və platformalar tərəfindən geri qaytarılmır (bu, imtina hüququ baxımından icraya başlanılma anını müəyyən etmir; həmin an Əsas Müqavilənin 1.1 bəndi ilə müəyyən edilir). Bu səbəbdən zəmanət müddəti xaricində platformalar tərəfindən həyata keçirilən deaktivasiya, məhdudlaşdırma, siyasət dəyişiklikləri və ya xidmətin dayandırılması hallarında Based.Az tərəfindən geri ödəniş, əvəzləmə, bərpa və ya kompensasiya öhdəliyi yaranmır.
9.4. Zəmanət müddəti xaricində xidmətin davamlılığı məhsulun təqdim edildiyi platformanın siyasətindən və istifadəçinin qaydalara əməl etməsindən asılıdır.
9.5. Based.Az imkan daxilində istifadəçilərə texniki dəstək, izah, yönləndirmə və ya alternativ həll yolları, uyğun hallarda balans şəklində kompensasiya təqdim edə bilər.
9.6. 9.5-ci bənddə göstərilən yardım, güzəşt və ya kompensasiya Based.Az-ın daxili qərarı əsasında və könüllü qaydada həyata keçirilir, hüquqi öhdəlik və daimi təcrübə yaratmır, gələcək hallarda və digər istifadəçilər üçün analoji tələb əsası sayılmır. Bu bənd zəmanət və qanunvericilikdən irəli gələn öhdəliklərə aid deyil.
10.1. Topdan satış və korporativ əməkdaşlıq yalnız rəsmi sorğu əsasında və ayrıca yazılı müqavilə ilə mümkündür.
10.2. Bütün rəsmi sorğular [email protected] ünvanı üzərindən qəbul edilir.
11.1. Saytda göstərilən bütün qiymətlərə tətbiq edilən vergilər daxildir. Based.Az ƏDV ödəyicisi deyil.
11.2. Based.Az Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərir. VÖEN: 2009918621.
12.1. Mübahisələr ilkin olaraq yazılı müraciət əsasında həll edilir.
12.2. Razılıq əldə edilmədikdə mübahisə Azərbaycan Respublikasının məhkəmələrində Mülki Prosessual Məcəllənin aidiyyət qaydalarına uyğun həll edilir. İstehlakçı iddianı öz yaşadığı yerə, müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə də verə bilər (Mülki Prosessual Məcəllə, 36.9).
13.1. Based.Az tərəfindən təqdim olunan xidmətlər rəqəmsal məzmunun onlayn çatdırılması və texniki aktivləşdirilməsidir və fiziki məhsul hesab edilmir. İmtina, geri qaytarma və dəyişdirmə qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Elektron ticarət haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunlarına uyğun tətbiq edilir.
14.1. Bu Qaydalar istifadəçinin qeydiyyatdan keçdiyi andan qüvvəyə minir və istifadəçi bu şərtlərə əməl etməyə borcludur.
14.2. Qaydalarda dəyişiklik edildikdə yeni redaksiya saytda dərc olunur. Hər sifariş sifariş anında qüvvədə olan redaksiya ilə tənzimlənir. Mənafeyinizə toxunan dəyişikliklər barədə qüvvəyə minmədən ən azı 7 gün əvvəl saytda və profilinizdə bildiriş verilir; qüvvəyə minmə tarixi həmin bildirişdə göstərilir.
Bu səhifə Based.Az xidmət şərtlərinin tərkib hissəsidir və Əsas Müqavilə ilə birlikdə tətbiq olunur. Sifariş rəsmiləşdirilərkən qüvvədə olan redaksiya həmin sifarişə şamil edilir və sistemdə saxlanılır.
Sənəd kodu: Ə-1 · Əsas Müqavilə: https://based.az/rules