Məlumatlarınız necə toplanır, işlənilir və qorunur
Based.Az istifadəçilərin fərdi məlumatlarının məxfiliyinin qorunmasını təmin edir və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 998-IIIQ nömrəli Qanununa uyğun fəaliyyət göstərir. Bu səhifə platformadan istifadə zamanı toplanan məlumatların hansı qaydada işlənildiyini izah edir.
Satıcı: “BASED AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti
Platforma: Based.Az, https://based.az
VÖEN: 2009918621
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 18
E-mail: [email protected]
2.1. Xidmətlərdən istifadə zamanı aşağıdakı məlumatlar toplanır:
ad, soyad və əlaqə məlumatları (elektron poçt ünvanı və, təqdim edildikdə, mobil nömrə);
Based.Az profilinin məlumatları, sifariş, ödəniş (kart məlumatları istisna olmaqla), balans və geri ödəniş tarixçəsi;
sifarişin icrası üçün istifadəçinin təqdim etdiyi məlumatlar: platforma hesabının e-mail ünvanı, istifadəçi adı, oyunçu ID-si, keçid linki, aktivləşdirmə üçün müvəqqəti giriş məlumatları və təsdiq kodları;
texniki məlumatlar: IP ünvanı, cihaz və brauzer növü, giriş vaxtı, şərtlərin və Xəbərdarlıqların təsdiq qeydləri;
canlı dəstək və digər rəsmi kanallar üzrə yazışmalar;
Google hesabı ilə girişdə Google-dan alınan ad, e-mail ünvanı və profil şəkli;
kukilər (cookies) və analitika vasitələri ilə toplanan istifadə məlumatları (bax: 7-ci bölmə).
3.1. Ödəniş üçün tələb olunan kart və maliyyə məlumatları yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən ödəniş xidməti təminatçıları (Kapital Bank / BirBank, e-point, M10, Portmanat, habelə Google Pay və Apple Pay xidmətləri, kartdan-karta köçürmədə isə müvafiq bank) tərəfindən işlənilir.
3.2. Based.Az ödəniş sistemləri vasitəsilə edilən ödənişlərdə tam kart nömrəsinə, CVV koduna və kart şifrəsinə çıxış əldə etmir və onları saxlamır. Kartdan-karta köçürmədə yalnız bank çıxarışında görünən göndərən adı və maskalanmış kart nömrəsi ödənişin yoxlanılması üçün istifadə olunur.
4.1. Toplanan məlumatlar yalnız aşağıdakı məqsədlərlə işlənilir:
xidmətlərin göstərilməsi, sifarişlərin icrası, hesab və abunəliklərin aktivləşdirilməsi (müqavilənin icrası);
müştəri dəstəyinin təmin edilməsi, zəmanət və geri ödəniş müraciətlərinə baxılması;
təhlükəsizlik, saxtakarlıq, chargeback və sui-istifadə hallarının qarşısının alınması, mübahisələrdə sübutların saxlanılması;
qanunvericiliklə, o cümlədən vergi və mühasibat uçotu sahəsində müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsi;
saytın işinin təhlili, xətaların aşkarlanması və reklam effektivliyinin ölçülməsi (7-ci bölmə);
istifadəçinin ayrıca razılığı olduqda xidmətlər barədə məlumat və kampaniya bildirişlərinin göndərilməsi.
4.2. Məlumatlar istifadəçinin Açıq Razılıq Bəyannaməsi ilə verdiyi razılıq, Əsas Müqavilənin icrası və qanunvericiliyin tələbləri əsasında işlənilir.
5.1. Fərdi məlumatlar yalnız aşağıdakı hallarda və zəruri minimum həcmdə ötürülür:
sifariş edilən məhsulun texniki icrası və aktivləşdirilməsi üçün zəruri olduqda (məsələn, dəvət göndərilməsi üçün e-mail ünvanının platformaya daxil edilməsi);
sifarişin icrasına cəlb edilən texniki əməkdaşlara və xidmət tərəfdaşlarına, aktivləşdirmə üçün zəruri həcmdə, o cümlədən giriş məlumatları, məxfilik öhdəliyi şərti ilə;
ödəniş xidməti təminatçılarına ödənişin icrası üçün;
hostinq, texniki təhlükəsizlik və xəta monitorinqi xidmətləri göstərən təminatçılara, məxfilik öhdəliyi şərti ilə;
analitika və reklam ölçmə alətlərinə, 7-ci bölmədə göstərilən həcmdə;
qanunla tələb edildikdə müvafiq dövlət orqanlarına və məhkəməyə;
istifadəçinin açıq və təsdiqlənmiş razılığı olduqda.
5.2. Based.Az fərdi məlumatları heç bir halda satmır və kommersiya məqsədi ilə üçüncü şəxslərə ötürmür.
5.3. Aktivləşdirmə üçün təqdim edilən məlumatlar yalnız Based.Az-ın səlahiyyətli texniki əməkdaşları və sifarişin icrasına cəlb edilən xidmət tərəfdaşları tərəfindən, yalnız xidmətin icrası məqsədilə istifadə edilir.
6.1. Rəqəmsal məhsulların platformaları, bəzi texniki və ödəniş xidməti təminatçıları Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşə bilər. Məlumatlar aşağıdakı hallarda xarici ölkələrə ötürülə bilər: (a) sifariş edilən məhsulun platformasına (məsələn, Netflix, Spotify, OpenAI; əsasən Amerika Birləşmiş Ştatları) yalnız aktivləşdirmə üçün tələb olunan e-mail, istifadəçi adı, ID və ya giriş məlumatları; (b) Based.Az-ın serverlərini təmin edən hostinq təminatçısına (Avropa İttifaqı ölkəsi) profil, sifariş, yazışma, aktivləşdirmə və texniki məlumatlar, habelə texniki təhlükəsizlik və xəta monitorinqi təminatçılarına; (c) analitika və reklam ölçmə alətlərinə (məsələn, Google Analytics, ABŞ) IP ünvanı, cihaz, brauzer, kuki identifikatorları və səhifə baxışları, 7-ci bölməyə uyğun; (d) sifarişin icrasına cəlb edilən xidmət tərəfdaşlarına aktivləşdirmə üçün zəruri məlumatlar. Həmin ölkələrdə hüquqi mühafizə səviyyəsi Azərbaycan Respublikasının qanunvericiliyindəki səviyyədən fərqli ola bilər.
6.2. Transsərhəd ötürülmə “Fərdi məlumatlar haqqında” Qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq, istifadəçinin Açıq Razılıq Bəyannaməsi ilə verdiyi razılıq əsasında, 6.1-ci bənddə göstərilən məqsəd üçün zəruri həcmdə həyata keçirilir.
7.1. Based.Az saytın işləməsi üçün zəruri kukilərdən, habelə saytın təkmilləşdirilməsi, xətaların aşkarlanması və reklam effektivliyinin ölçülməsi məqsədilə analitika, xəta monitorinqi və reklam piksel alətlərindən istifadə edə bilər.
7.2. Bu alətlər vasitəsilə cihaz, brauzer, səhifə baxışları və qarşılıqlı əlaqə barədə ümumiləşdirilmiş məlumatlar toplana bilər. İstifadəçi kukiləri brauzer parametrləri vasitəsilə idarə edə və ya silə, habelə analitika və reklam alətlərindən həmin alətlərin öz imtina vasitələri ilə (məsələn, Google Analytics üçün rəsmi imtina əlavəsi) imtina edə bilər. Zəruri kukilərin söndürülməsi saytın bəzi funksiyalarının işləməsinə təsir göstərə bilər.
8.1. Fərdi məlumatların təhlükəsizliyi üçün aşağıdakı tədbirlər görülür: şifrələnmiş məlumat mübadiləsi, server və infrastruktur təhlükəsizliyi, icazəsiz girişə qarşı mühafizə mexanizmləri, məlumatlara çıxışın yalnız səlahiyyətli əməkdaşlarla məhdudlaşdırılması, ödəniş məlumatlarının yalnız ödəniş xidməti təminatçısı tərəfindən işlənilməsi.
8.2. Aktivləşdirmə üçün təqdim edilən giriş məlumatları sifariş qeydində qorunan qaydada, məhsulun zəmanət müddəti ərzində saxlanılır. Bu müddətdə onlardan yalnız istifadəçinin müraciəti (məsələn, zəmanət və ya dəstək müraciəti) əsasında, habelə qanunvericilikdən irəli gələn tələb və ya mübahisə olduqda istifadə edilir. Zəmanət müddəti bitdikdən sonra bu məlumatlardan istifadə edilmir; onlar qanunvericiliyə uyğun olaraq mühafizə olunan qaydada arxivləşdirilir və ya məhv edilir, mübahisə olduqda isə mübahisə bitənədək saxlanılır. İstifadəçiyə aktivləşdirmədən sonra öz hesabının şifrəsini dəyişmək tövsiyə olunur, məhsul səhifəsində və ya sifariş məlumatlarında başqa qayda göstərilmədikdə.
8.3. Ortaq hesablarda istifadəçinin özü tərəfindən daxil edilən məlumatların digər istifadəçilər üçün görünməsi Əsas Müqavilənin ortaq hesablar bölməsi ilə tənzimlənir və bu Siyasətin pozulması sayılmır. Based.Az əməkdaşları ortaq hesabdakı istifadəçi məzmununa yalnız texniki nasazlıq və təhlükəsizlik yoxlaması üçün baxır; texniki imkan olduqda istifadəçiyə ayrılmış profil PIN və ya ayrıca yer ilə ayrılır.
9.1. Profil məlumatları profil aktiv olduğu müddətdə saxlanılır.
9.2. Sifariş, ödəniş və qəbz məlumatları vergi və mühasibat uçotu qanunvericiliyinin tələb etdiyi müddətdə saxlanılır.
9.3. Təsdiq qeydləri, texniki qeydlər və yazışmalar mübahisələrin həlli və təhlükəsizlik məqsədilə mülki qanunvericilikdə müəyyən edilmiş iddia müddəti ərzində saxlanıla bilər.
9.4. Texniki aktivləşdirmə üçün istifadə edilən məlumatlar əlavə işlənilmir və 8.2-ci bəndə uyğun saxlanılır.
10.1. İstifadəçi “Fərdi məlumatlar haqqında” Qanuna əsasən aşağıdakı hüquqlara malikdir:
öz məlumatlarına və onların işlənilməsi barədə məlumata çıxış əldə etmək;
məlumatların düzəldilməsini tələb etmək;
qanunvericilik saxlanmanı tələb etmədikdə məlumatların məhv edilməsini tələb etmək;
verdiyi razılığı geri çəkmək (Açıq Razılıq Bəyannaməsi);
hüquqlarının pozulduğunu hesab etdikdə səlahiyyətli dövlət orqanına və ya məhkəməyə müraciət etmək.
10.2. Müraciət profildə qeydiyyatlı e-mail ünvanından [email protected] ünvanına və ya profilə daxil olaraq canlı dəstək vasitəsilə edilir. Müraciətə daxil olduğu gündən ən geci 7 iş günü ərzində ödənişsiz cavab verilir; üçüncü şəxsə müraciət zərurəti olduqda bu müddət 7 iş günü uzadıla bilər və bu barədə istifadəçiyə bildirilir. Müraciətin icrasından imtina edildikdə əsaslandırılmış cavab 5 iş günü ərzində verilir. Silinmə tələbi qəbul edildikdə profil və aktivləşdirmə məlumatları silinir, sifariş və qəbz qeydləri vergi qanunvericiliyinin tələbi ilə saxlanılır; balans qalığı silinmədən əvvəl Ödəniş və Geri Ödəniş Qaydalarına uyğun qaytarılır.
11.1. Platforma 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. 18 yaşdan aşağı istifadəçi qeydiyyat zamanı valideynin və ya qanuni nümayəndənin razılığı olduğunu təsdiq edir. Razılığın olmadığı məlum olduqda və ya valideyn (qanuni nümayəndə) müraciət etdikdə həmin istifadəçinin məlumatlarının işlənilməsi dayandırılır və qanunvericiliyin saxlanmasını tələb etmədiyi məlumatlar məhv edilir.
12.1. Bu Siyasətə dəyişikliklər saytda dərc olunmaqla edilir. Mənafeyinizə toxunan dəyişikliklər barədə qüvvəyə minmədən ən azı 7 gün əvvəl saytda və profilinizdə bildiriş verilir; qüvvəyə minmə tarixi həmin bildirişdə göstərilir.
Bu səhifə Based.Az xidmət şərtlərinin tərkib hissəsidir və Əsas Müqavilə ilə birlikdə tətbiq olunur. Sifariş rəsmiləşdirilərkən qüvvədə olan redaksiya həmin sifarişə şamil edilir və sistemdə saxlanılır.
Sənəd kodu: Ə-2 · Əsas Müqavilə: https://based.az/rules