Fərdi məlumatların işlənilməsinə verilən razılıq
Bu Bəyannamə istifadəçinin fərdi məlumatlarının “BASED AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2009918621, Based.Az platformasının operatoru) tərəfindən işlənilməsinə açıq və təsdiqlənmiş razılığını əks etdirir. Qeydiyyat və ya sifariş zamanı müvafiq işarəni qoymaqla siz aşağıdakı şərtlərlə razı olduğunuzu təsdiqləyirsiniz.
1.1. İstifadəçi öz iradəsi ilə aşağıdakı fərdi məlumatların işlənilməsinə razılıq verir:
ad və soyad, elektron poçt ünvanı, təqdim edildikdə mobil nömrə;
sifariş zamanı təqdim edilmiş məlumatlar (platforma hesabının e-mail ünvanı, istifadəçi adı, oyunçu ID-si, keçid linki, aktivləşdirmə üçün müvəqqəti giriş məlumatları və təsdiq kodları);
sifariş, balans və yazışma tarixçəsi;
texniki məlumatlar (IP ünvanı, cihaz, brauzer, giriş vaxtı, təsdiq qeydləri).
1.2. Ödəniş zamanı tələb olunan kart və maliyyə məlumatları yalnız ödəniş xidməti təminatçıları tərəfindən işlənilir. Based.Az bu məlumatlara çıxış əldə etmir və onları saxlamır.
2.1. İstifadəçi fərdi məlumatlarının aşağıdakı məqsədlərlə işlənilməsinə razıdır:
xidmətlərin göstərilməsi və sifarişlərin icrası;
hesabların və abunəliklərin aktivləşdirilməsi;
müştəri dəstəyinin, zəmanət və geri ödəniş müraciətlərinə baxılmasının təmin edilməsi;
fırıldaqçılıq və sui-istifadə hallarının qarşısının alınması, mübahisələrdə sübutların saxlanılması;
qanunvericiliklə tələb olunan öhdəliklərin icrası;
saytın işinin təhlili və reklam effektivliyinin ölçülməsi (Məxfilik Siyasəti, 7-ci bölmə).
3.1. İstifadəçi fərdi məlumatlarının aşağıdakı hallarda ötürülməsinə razılıq verir:
sifarişin texniki icrası üçün yalnız zəruri məlumatların Based.Az-ın səlahiyyətli texniki əməkdaşlarına verilməsi;
məhsulun aktivləşdirilməsi üçün tələb olunan minimum məlumatların müvafiq platformaya daxil edilməsi;
sifarişin icrasına cəlb edilən texniki əməkdaşlara və xidmət tərəfdaşlarına aktivləşdirmə üçün zəruri məlumatların, o cümlədən giriş məlumatlarının verilməsi;
ödəniş, hostinq, texniki təhlükəsizlik və xəta monitorinqi xidməti təminatçılarına xidmətin göstərilməsi üçün zəruri həcmdə;
analitika və reklam ölçmə alətlərinə Məxfilik Siyasətinin 7-ci bölməsində göstərilən həcmdə;
qanunla tələb olunduqda dövlət orqanlarına və məhkəməyə təqdim edilməsi.
3.2. İstifadəçi “Fərdi məlumatlar haqqında” Qanunun 14.3-cü maddəsinə uyğun olaraq, həmin ölkələrdə hüquqi mühafizə səviyyəsinin Azərbaycan Respublikasının qanunvericiliyindəki səviyyədən fərqli ola biləcəyini bilərək, məlumatlarının Azərbaycan Respublikasının hüdudlarından kənara ötürülməsinə (transsərhəd ötürülmə) razılıq verir: (a) Based.Az-ın serverlərini təmin edən hostinq təminatçısına (Avropa İttifaqı ölkəsi) profil, sifariş, yazışma, aktivləşdirmə və texniki məlumatlar; (b) məhsulun platformasına (məsələn, Netflix, Spotify, OpenAI; əsasən Amerika Birləşmiş Ştatları) yalnız aktivləşdirmə üçün zəruri məlumatlar; (c) sifarişin icrasına cəlb edilən xidmət tərəfdaşlarına aktivləşdirmə üçün zəruri məlumatlar; (d) analitika və reklam ölçmə alətlərinə (məsələn, Google, ABŞ) IP ünvanı, cihaz, brauzer, kuki identifikatorları və səhifə baxışları. Siyahıdakı dəyişikliklər Məxfilik Siyasətində dərc edilir.
3.3. Based.Az fərdi məlumatları kommersiya məqsədi ilə satmır və üçüncü şəxslərə ötürmür.
4.1. İstifadəçi məlumatları yalnız xidmətin göstərilməsi, sifarişin icrası və Məxfilik Siyasətində göstərilən müddətlərdə, qanunvericiliyin tələblərinə uyğun saxlanılır.
4.2. Xidmət tam təqdim edildikdən və sifariş başa çatdıqdan sonra istifadəçi məlumatları yalnız qanunvericilikdən və mübahisələrin həllindən irəli gələn zəruri hallarda saxlanılır. Bunun xaricində əlavə işlənilmə aparılmır.
4.3. Hesab parametrlərinin dəyişdirilməsi qaydaları Əsas Müqavilənin 4.1, 4.2, 4.3 və 4.8 bəndləri ilə müəyyən edilir; hazır və ortaq hesablarda dəyişiklik qadağası qətidir və zəmanətin şərtidir. Aktivləşdirmə üçün təqdim edilən giriş məlumatlarının saxlanılması Məxfilik Siyasətinin 8.2 bəndi ilə tənzimlənir.
4.4. Based.Az yalnız sifarişin aktivləşdirilməsi və icrası üçün tələb olunan minimum məlumatlardan istifadə edir və bu məlumatları əlavə kommersiya məqsədləri üçün istifadə etmir.
4.5. Bu razılıq qeydiyyat və ya sifariş anından profil silinənədək və ya razılıq geri çəkilənədək qüvvədədir. Məlumatlar üzərində aparılan əməliyyatlar: toplanma, yazılma, sistemləşdirilmə, saxlanma, dəyişdirilmə, 3-cü bölmədə göstərilən ötürülmə, adsızlaşdırılma və məhv edilmə. Saxlanma müddətləri Məxfilik Siyasətinin 9-cu bölməsində göstərilib; müddət bitdikdə məlumatlar məhv edilir və ya qanunvericiliyə uyğun arxivləşdirilir.
5.1. İstifadəçi “Fərdi məlumatlar haqqında” Qanuna əsasən öz məlumatlarına çıxış əldə etmək, onların düzəldilməsini və qanunvericilik saxlanmanı tələb etmədikdə məhv edilməsini tələb etmək, işlənilməyə dair sual vermək və səlahiyyətli orqana müraciət etmək hüququna malikdir.
5.2. Müraciət üçün: [email protected].
6.1. İstifadəçi fərdi məlumatlarının işlənilməsinə verdiyi razılığı istənilən vaxt [email protected] ünvanına müraciət etməklə geri çəkə bilər.
6.2. Razılığın geri çəkilməsi ondan əvvəl aparılmış işlənilməni qanunsuz etmir və qanunvericiliyin saxlanmasını tələb etdiyi məlumatlara şamil edilmir.
6.3. Sifarişin icrası üçün zəruri məlumatların işlənilməsinə razılıq geri çəkildikdə icra edilməmiş sifariş ləğv edilə və ödənilmiş məbləğ tam qaytarıla bilər.
İstifadəçi qeydiyyatdan keçməklə və ya sifariş verməklə aşağıdakıları təsdiq edir:
bu Bəyannaməni tam şəkildə oxudum;
fərdi məlumatlarımın göstərilən məqsədlərlə işlənilməsinə, o cümlədən transsərhəd ötürülməsinə açıq razılıq verirəm;
şərtlərin mənə aydın olduğunu və könüllü şəkildə qəbul etdiyimi bəyan edirəm.
Bu səhifə Based.Az xidmət şərtlərinin tərkib hissəsidir və Əsas Müqavilə ilə birlikdə tətbiq olunur. Sifariş rəsmiləşdirilərkən qüvvədə olan redaksiya həmin sifarişə şamil edilir və sistemdə saxlanılır.
Sənəd kodu: Ə-3 · Əsas Müqavilə: https://based.az/rules