

12 məhsul
Steam Oyun Hesabları kateqoriyası içərisində oyun olan hazır Steam hesablarının Azərbaycanda sifariş edildiyi bölmədir. Based.Az 2018-ci ildən fəaliyyət göstərən Azərbaycan rəqəmsal məhsul platformasıdır və 10.000+ istifadəçi platformadan istifadə edir. Bölmə PC oyunçuları üçün nəzərdə tutulub.
Nə təqdim olunur? Kataloqda müxtəlif Steam oyunları, o cümlədən Resident Evil Requiem, Crimson Desert, Assassin's Creed Black Flag Resynced, 7 Days to Die, Age of History 3 və 007 First Light yer alır. Hər məhsulun səhifəsində hansı oyunun daxil olduğu göstərilir. Yeni çıxan oyunlar kataloqa əlavə olunduqca siyahı yenilənir.
Necə təqdim olunur? Məhsullar hazır hesab formasında təqdim olunur. Sifariş təsdiqləndikdən sonra giriş məlumatları sizə çatdırılır. Hesabın paylaşılmaması və giriş qaydalarına əməl olunması tövsiyə olunur, çünki Steam-in öz təhlükəsizlik yoxlamaları Based.Az tərəfindən idarə edilmir. İstifadə şərtləri məhsul səhifəsində yazılıb.
Nəyə görə Based.Az? Hesab satışında ən böyük risk naməlum satıcıdır. Based.Az 2018-ci ildən eyni platforma və eyni sifariş sistemi ilə işləyir, hər sifariş qeydə alınır. Giriş mərhələsində problem yaranarsa, Canlı Dəstək komandası vəziyyəti operativ yoxlayır.
Tez-tez verilən suallar
Steam hesabları neçəyədir? Qiymət oyuna və hesab tipinə görə dəyişir. Aktual qiymət məhsul səhifəsində göstərilir.
Nə qədər vaxta təqdim olunur? Giriş məlumatları sifariş təsdiqləndikdən sonra təqdim olunur. Müddət stok vəziyyətinə uyğun dəyişə bilər.
Ödəniş necə aparılır? Ödəniş AZN ilə - bank kartları, BirBank, m10, Google Pay və Apple Pay daxil müxtəlif üsullarla mümkündür.
Problem olsa nə etməliyəm? based.az/live ünvanından Canlı Dəstəyə yazıb sifariş nömrənizi göndərin. Dəstək hər gün 09:00-01:00 arası aktivdir.
• Sifariş tamamlandıqdan bir neçə dəqiqə sonra Steam hesab məlumatları “Sifarişlərim” bölməsində təqdim edilir
• Hesaba ilk giriş zamanı OTP (təhlükəsizlik kodu) tələb oluna bilər
• OTP kodu üçün sayt üzərindən Canlı Dəstək ilə əlaqə saxlamalısınız
• Giriş edərkən “Remember Me” qutusunu mütləq işarələyin
• Hesab yalnız 1 PC üçün nəzərdə tutulub
• Hesab paylaşım formatlıdır
• İlk mail təqdim edilmir
• Hesab məlumatları dəyişdirilə bilməz
• Hesaba müdaxilə etmək və təhlükəsizlik ayarlarını dəyişmək qadağandır
• Hesab başqa şəxslərlə paylaşıla bilməz
• Yalnız Offline / Hekayə / Kariyera mod üçün istifadə edilir
• Onlayn multiplayer dəstəyi yoxdur
• Əlavə region və ya əlavə account tələb edən oyunlara zəmanət verilmir
• Oyunlar rəsmi platformalar üzərindən (Steam, EA, Epic və s.) ən son versiyada endirilir
• Oyun zamanı atılma və ya save qarışması problemi olmur
• Şəxsi save sistemi aktivdir, irəliləyiş yalnız sizə məxsusdur
Steam hesabına daxil olduqdan sonra oyuna başlamazdan əvvəl Steam → Go Offline seçərək offline rejimə keçin. Daha sonra Steam ayarlarından Cloud Save funksiyasını deaktiv edin ki, save fayllar sinxronlaşmasın və problem yaranmasın.
– Sorry, something went wrong, for solutions please visit.
Bu xəta əsasən Denuvo DRM qoruması olan oyunlarda yaranır. Bu tip oyunlarda gündəlik kompüter aktivasiya limiti 5-dir. Əgər 5-dən çox fərqli kompüterdə aktivasiya etməyə cəhd edilərsə, “Bir problem yarandı, 24 saat sonra yenidən cəhd edin.” xətası görünür və sistem sizi satınalma səhifəsinə yönləndirə bilər.
Problemin aradan qalxması üçün 24–72 saat gözləmək tövsiyə olunur. Bu müddət ərzində müəyyən aralıqlarla (məsələn, saatda bir dəfə) giriş etməyi yoxlaya bilərsiniz.
Oyunu bir dəfə online şəkildə açıb bağladıqdan sonra Steam-i çevrimdışı rejimə keçirin və yenidən çevrimiçi rejimə qayıtmayın. Əks halda eyni xətanı yenidən ala bilərsiniz.
Qeyd olunan vaxt tamam olduqdan sonra oyuna problemsiz şəkildə giriş edə biləcəksiniz.
Qaydaların pozulması, hesab məlumatlarının dəyişdirilməsi və ya əlavə cihazda istifadə edilməsi halında xidmət dayandırıla bilər və zəmanət qüvvədən düşür.
Platforma daxilində tətbiq olunan texniki dəyişikliklər və təhlükəsizlik prosedurları Steam tərəfindən müəyyən edilir və zamanla dəyişə bilər. Based.Az bu sistemlərə birbaşa müdaxilə etmir, lakin hər hansı çətinlik zamanı Canlı Dəstək komandamız kömək üçün hazırdır.