

It Takes Two - Hazelight Studios-un iki nəfər üçün qurduğu macəra-platforma oyunudur. Biz balans kodu veririk, oyunu öz PSN hesabınızdan alırsınız.
Bu oyunu tək oynamaq olmur. Yanınızdakı ilə bir divanda oturub keçirsiniz, ya da dostunuzu onlayn çağırırsınız. Dostunuzda oyun yoxdursa da, Friend's Pass ilə pulsuz qoşulur. Oyun sizin hesabınızdadır, parol soruşulmur.
Paketi seçirsiniz: Standart (PS4 və PS5)
Ödənişdən sonra balans kodu sifariş səhifəsində görünür
Kodu PlayStation Store-da Redeem Code bölməsinə yazırsınız
Balans cüzdana düşəndən sonra It Takes Two oyununu tapıb alırsınız
Kodun məbləği oyunun qiymətindən bir az çox ola bilər. Artığı cüzdanınızda qalır, növbəti alışda işlədirsiniz.
Yalnız iki nəfərlik oyun: bir konsolda və ya onlayn
Bir alışla PS4 versiyası da, PS5 üçün yaxşılaşdırılmış versiya da gəlir
Friend's Pass - dostunuz oyunu almadan sizə onlayn qoşulur. Oyun sizdə olmalıdır
Remote Play dəstəklənir
Türkcə və azərbaycanca yoxdur - nə menyuda, nə səsdə
Bir konsolda 2 nəfər oynayır
Onlayn birgə oyun üçün PS Plus lazımdır
Friend's Pass ilə oynayanda dostunuz da sizinlə eyni platformada olmalıdır
Yaş həddi: PEGI 12
Tək oynaya bilərəm?
Xeyr. It Takes Two yalnız iki nəfərlə oynanır: yanınızdakı ilə bir konsolda, ya da dostunuzla onlayn.
Dostumda oyun yoxdursa, birlikdə oynaya bilərik?
Bəli. Dostunuz PS Store-dan pulsuz Friend's Pass yükləyib sizə onlayn qoşulur. Sadəcə o da PlayStation-da oynamalıdır, tam oyun isə sizin hesabınızda olur.
PS4-də alsam, PS5-də də işləyər?
Bəli. PS5 versiyası da sizə açılır, ayrıca pul ödəmirsiniz.
Azərbaycan hesabı ilə alınır?
Azərbaycanda PlayStation oyunları başqa region üzərindən alınır, oyunçuların çoxu TR region hesabı işlədir. Bu kod da həmin hesab üçündür, başqa regionda işləmir. PS hesabınız yoxdursa, PlayStation Hesabı məhsulunu ala bilərsiniz. PlayStation oyunları üçün hesab, balans kodu və oyunlar - hamısı Based.Az-da!
Kod nə vaxt gəlir?
Kod stokdadırsa, ödənişdən sonra sifariş səhifəsində görünür. Gecikərsə, sifariş çatına yazın.
Onlayn oynamaq üçün başqa nə lazımdır?
PS Plus abunəliyi lazımdır. Onu PlayStation Plus Deluxe səhifəsində tapa bilərsiniz.
Kod ilk təqdimatda işləmirsə, 24 saat ərzində sifariş çatında bildirin: kod dəyişdirilir, dəyişmək mümkün olmasa Ödəniş və Geri Ödəniş Qaydalarına uyğun geri ödəniş edilir. Kod aktivləşdirildikdən sonra geri qaytarılmır və dəyişdirilmir.
Eyni studiyanın başqa oyunları: Split Fiction və A Way Out. Cüzdana əlavə balans lazımdırsa, PSN balans kodu istədiyiniz məbləğdə var.
It Takes Two və Hazelight Electronic Arts-ın, PlayStation və PSN Sony Interactive Entertainment-in əmtəə nişanlarıdır. Based.Az onlarla əlaqəli və ya onların təsdiqlədiyi satıcı deyil.
Sifariş səhifəsində kodu kopyalayın. Bəzən 2 kod gəlir - ikisini də yükləyin
Konsolda PlayStation Store-u açın, ya da telefonda və ya kompüterdə playstation.com-a öz PSN hesabınızla girin
Profil menyusunda Redeem Code bölməsini açın
12 simvollu kodu yazıb təsdiqləyin. Oyunun öz kodudursa, oyun birbaşa Kitabxanaya düşür. Balans kodudursa, məbləğ cüzdana düşür, oyunu növbəti addımla alırsınız
Store-da "It Takes Two" yazın, Standart buraxılışı (PS4 & PS5) seçib alın
Oyun Kitabxanada görünür, oradan yükləyirsiniz
Balans kodu verilibsə, kodun məbləği oyunun qiymətindən bir az çox olur: məsələn, 910 TL-lik oyun üçün 1 000 TL kod verilir. Artıq qalan 90 TL kimi balans PSN cüzdanınızda qalır - növbəti alışda əlavə, PS Plus və ya başqa oyun üçün işlədirsiniz
Kodu yazmazdan əvvəl öz hesabınızda olduğunuza baxın - balans başqa hesaba keçirilmir
Hər kod bir dəfə işlənir
18 yaşdan kiçiyin hesabında xərcləmə limiti varsa, valideyn hesabından limiti açın, yoxsa oyun alınmır
Kod işləmirsə, sifariş çatına xəta yazısının ekran şəklini göndərin
Sifarişdən sonra bütün detallar Sifarişlərim - Məlumat və Təlimat bölməsindədir.
Bu məhsulda bir paket var - qiymət və müddət yuxarıda yazılıb.
"İndi al" birbaşa ödəniş səhifəsinə keçirir; bir neçə məhsul almaq üçün "Səbətə at" seçilir. Sifariş üçün Based.Az hesabına daxil olmaq kifayətdir.
Bank kartı, BirBank, m10, Portmanat, Apple Pay / Google Pay, kartdan-karta köçürmə və ya sayt balansı ilə. Komissiya yoxdur - ödəniş rüsumunu Based.Az qarşılayır.
Komanda sifarişi iş saatlarında (09:00-01:00) hazırlayır, gecikmə olsa maksimum 24 saat; hazır olanda Sifarişlərim bölməsində görünür.
Ödənişdən sonra sifariş komanda tərəfindən hazırlanır: iş saatlarında (09:00-01:00) adətən qısa müddətdə, gecikmə olsa maksimum 24 saat ərzində. Hazır olanda Sifarişlərim bölməsində görünür.
Giriş məlumatları (e-poçt, şifrə və ya kod) Sifarişlərim bölməsində sifarişin yanında çıxır. Təsdiq kodu adətən lazım olmur; istənsə canlı dəstəyə yazmaq kifayətdir - kodu operator göndərir.
Zəmanət məhsuldan asılıdır: paketin adında yazılıbsa (məs. "3 ay zəmanətli") o qədərdir, yazılmayıbsa məhsulun təsvirində göstərilib. Zəmanət müddətində problem çıxsa, sifariş nömrəsi ilə canlı dəstəyə yazmaq kifayətdir - zəmanət qaydalarına uyğun həll olunur.
Əvvəlcə canlı dəstəyə yazmaq kifayətdir - problemlərin çoxu elə orada həll olunur. Məhsul 24 saat ərzində təqdim olunmayıbsa və ya qüsurludursa, geri ödəniş mümkündür: məbləğ sayt balansına tam qaytarılır, heç bir xidmət haqqı tutulmur. Ətraflı: geri ödəniş qaydaları.
Cavabı tapmadınız? Canlı dəstəyə yazın
Hələ ki heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Rəy yazmaq üçün daxil olun