

God of War Ragnarök - Santa Monica Studio-nun PS5 və PS4 üçün döyüş oyunudur, God of War (2018)-in davamıdır. Ragnarök yaxınlaşır, Kratos və Atreus skandinav mifologiyasının Doqquz Aləmini bir-bir gəzir.
Burada oyunu balans kodu ilə öz PSN hesabınıza alırsınız. Parolunuzu heç kimə vermirsiniz. Oyun da, irəliləyiş də sizdə qalır.
Digital Deluxe paketini seçirsiniz
Ödənişdən sonra balans kodu sifariş səhifəsində görünür
Kodu PlayStation Store-da Redeem Code bölməsinə yazırsınız
Balans cüzdana düşəndən sonra oyunu tapıb alırsınız
Kodun məbləği oyunun qiymətindən bir az çox ola bilər. Artığı cüzdanınızda qalır, növbəti alışda işlədirsiniz.
Leviathan baltası, Blades of Chaos qılıncları və Guardian Shield qalxanı qayıdır. Kratos da, Atreus da yeni bacarıqlar qazanır
New Game+ - səviyyə həddi daha yüksəkdir, yeni Enchantment-lər və genişlənmiş Niflheim Arenası var
Valhalla əlavəsi pulsuzdur. Hekayə Ragnarök-dən sonra davam edir
PS5 Pro üçün təkmilləşdirilib. DualSense titrəməsi və adaptiv tətikləri işləyir
Hər iki buraxılışda PS4 və PS5 versiyası birlikdə gəlir, oyunun özü eynidir. Digital Deluxe-də əlavə məzmun var, siyahısı PS Store-da oyunun səhifəsində yazılıb. Hazırda PS Store-da Digital Deluxe endirimdədir və Standartdan ucuz başa gəlir, ona görə burada Digital Deluxe satılır.
Menyular və altyazılar türkcədir. Türkcə səs yoxdur, azərbaycanca da yoxdur
Bir alışla PS4 və PS5 versiyası birlikdə gəlir
Oyun tək oyunçuludur, onlayn rejim yoxdur. Oynamaq üçün PS Plus lazım deyil
Yaş həddi: PEGI 18
God of War Ragnarök türkcədir?
Yazılar və altyazılar türkcədir. Səs türkcə deyil.
Azərbaycan hesabı ilə alınır?
Azərbaycanda PlayStation oyunları başqa region üzərindən alınır, oyunçuların çoxu TR region hesabı işlədir. Bu kod da həmin hesab üçündür, başqa regionda işləmir. PS hesabınız yoxdursa, PlayStation Hesabı məhsulunu ala bilərsiniz. PlayStation oyunları üçün hesab, balans kodu və oyunlar - hamısı Based.Az-da!
PS4-də alsam, PS5-ə keçəndə yenidən almalıyam?
Xeyr. Bir alışla PS4 və PS5 versiyası birlikdə gəlir. PS5-ə keçəndə əlavə pul ödəmirsiniz.
Kod nə vaxt gəlir?
Kod stokdadırsa, ödənişdən sonra sifariş səhifəsində görünür. Gecikərsə, sifariş çatına yazın.
PS Plus lazımdır?
Xeyr. Oyun tək oyunçuludur, onlayn rejim yoxdur.
PS Plus-da var, niyə alım?
Bəli, hazırda PS Plus kataloqundadır. Amma abunəlik bitəndə oyun bağlanır. Alsanız, abunəlikdən asılı olmur. Abunəliyə PlayStation Plus Deluxe səhifəsində baxa bilərsiniz.
Kod ilk təqdimatda işləmirsə, 24 saat ərzində sifariş çatında bildirin: kod dəyişdirilir, dəyişmək mümkün olmasa Ödəniş və Geri Ödəniş Qaydalarına uyğun geri ödəniş edilir. Kod aktivləşdirildikdən sonra geri qaytarılmır və dəyişdirilmir.
Bunlar da lazım ola bilər: PSN balans kodu (istədiyiniz məbləğdə).
God of War, PlayStation və PSN Sony Interactive Entertainment-in əmtəə nişanlarıdır. Based.Az onlarla əlaqəli və ya onların təsdiqlədiyi satıcı deyil.
Sifariş səhifəsində kodu kopyalayın. Bəzən 2 kod gəlir - ikisini də yükləyin
Konsolda PlayStation Store-u açın, ya da telefonda və ya kompüterdə playstation.com-a öz PSN hesabınızla girin
Profil menyusunda Redeem Code bölməsini açın
12 simvollu kodu yazıb təsdiqləyin. Oyunun öz kodudursa, oyun birbaşa Kitabxanaya düşür. Balans kodudursa, məbləğ cüzdana düşür, oyunu növbəti addımla alırsınız
Store-da "God of War Ragnarök" yazın, Digital Deluxe buraxılışını seçib alın
Oyun Kitabxanada görünür, oradan yükləyirsiniz
Balans kodu verilibsə, kodun məbləği oyunun qiymətindən bir az çox olur: məsələn, 910 TL-lik oyun üçün 1 000 TL kod verilir. Artıq qalan 90 TL kimi balans PSN cüzdanınızda qalır - növbəti alışda əlavə, PS Plus və ya başqa oyun üçün işlədirsiniz
Kodu yazmazdan əvvəl öz hesabınızda olduğunuza baxın - balans başqa hesaba keçirilmir
Hər kod bir dəfə işlənir
18 yaşdan kiçiyin hesabında xərcləmə limiti varsa, valideyn hesabından limiti açın, yoxsa oyun alınmır
Kod işləmirsə, sifariş çatına xəta yazısının ekran şəklini göndərin
Sifarişdən sonra bütün detallar Sifarişlərim - Məlumat və Təlimat bölməsindədir.
Bu məhsulda bir paket var - qiymət və müddət yuxarıda yazılıb.
"İndi al" birbaşa ödəniş səhifəsinə keçirir; bir neçə məhsul almaq üçün "Səbətə at" seçilir. Sifariş üçün Based.Az hesabına daxil olmaq kifayətdir.
Bank kartı, BirBank, m10, Portmanat, Apple Pay / Google Pay, kartdan-karta köçürmə və ya sayt balansı ilə. Komissiya yoxdur - ödəniş rüsumunu Based.Az qarşılayır.
Komanda sifarişi iş saatlarında (09:00-01:00) hazırlayır, gecikmə olsa maksimum 24 saat; hazır olanda Sifarişlərim bölməsində görünür.
Ödənişdən sonra sifariş komanda tərəfindən hazırlanır: iş saatlarında (09:00-01:00) adətən qısa müddətdə, gecikmə olsa maksimum 24 saat ərzində. Hazır olanda Sifarişlərim bölməsində görünür.
Giriş məlumatları (e-poçt, şifrə və ya kod) Sifarişlərim bölməsində sifarişin yanında çıxır. Təsdiq kodu adətən lazım olmur; istənsə canlı dəstəyə yazmaq kifayətdir - kodu operator göndərir.
Zəmanət məhsuldan asılıdır: paketin adında yazılıbsa (məs. "3 ay zəmanətli") o qədərdir, yazılmayıbsa məhsulun təsvirində göstərilib. Zəmanət müddətində problem çıxsa, sifariş nömrəsi ilə canlı dəstəyə yazmaq kifayətdir - zəmanət qaydalarına uyğun həll olunur.
Əvvəlcə canlı dəstəyə yazmaq kifayətdir - problemlərin çoxu elə orada həll olunur. Məhsul 24 saat ərzində təqdim olunmayıbsa və ya qüsurludursa, geri ödəniş mümkündür: məbləğ sayt balansına tam qaytarılır, heç bir xidmət haqqı tutulmur. Ətraflı: geri ödəniş qaydaları.
Cavabı tapmadınız? Canlı dəstəyə yazın
Hələ ki heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Rəy yazmaq üçün daxil olun