

Ghost of Tsushima Director's Cut - PS5 və PS4 üçün samuray macəra oyunudur. XIII əsrin sonu, monqollar Yaponiyaya ilk dəfə hücum edir. Samuray Jin Sakai adanı qorumaq üçün samuray qaydalarına uymayan üsullara əl atır və "Ghost" olur.
Burada PS5 versiyasını balans kodu ilə alırsınız. Kodu öz hesabınıza yazırsınız, parolunuzu heç kim soruşmur.
Director's Cut (PS5) paketini seçirsiniz
Ödənişdən sonra balans kodu sifariş səhifəsində görünür
Kodu PlayStation Store-da Redeem Code bölməsinə yazırsınız
Balans cüzdana düşəndən sonra oyunu tapıb alırsınız
Kodun məbləği oyunun qiymətindən bir az çox ola bilər. Artığı cüzdanınızda qalır, növbəti alışda işlədirsiniz.
Əsas hekayə və öz hekayəsi olan Iki Island əlavəsi bir yerdə
Legends - 4 nəfərə qədər onlayn birgə rejim (PS Plus lazımdır)
PS5-də dinamik 4K və 60 kadr hədəfi
DualSense titrəməsi, adaptiv tətiklər və 3D səs
Menyular və altyazılar türkcədir. Türkcə səs yoxdur, azərbaycanca da yoxdur
Paket PS5 versiyası üçündür. PS4 versiyası Store-da ayrıca satılır
Hekayəni tək oynayırsınız. Legends-də dostlarla oynamaq üçün PS Plus lazımdır
Yaş həddi: PEGI 18
Ghost of Tsushima türkcədir?
Bəli, menyu və altyazı türkcədir. Dublyaj türkcə deyil.
Azərbaycan hesabı ilə alınır?
Azərbaycanda PlayStation oyunları başqa region üzərindən alınır, oyunçuların çoxu TR region hesabı işlədir. Bu kod da həmin hesab üçündür, başqa regionda işləmir. PS hesabınız yoxdursa, PlayStation Hesabı məhsulunu ala bilərsiniz. PlayStation oyunları üçün hesab, balans kodu və oyunlar - hamısı Based.Az-da!
PS4-də oynaya bilərəm?
Bu paket PS5 versiyası üçündür. PS4 versiyası Store-da ayrı məhsuldur.
Kod nə vaxt gəlir?
Kod stokdadırsa, ödənişdən sonra sifariş səhifəsində görünür. Gecikərsə, sifariş çatına yazın.
PS Plus lazımdır?
Hekayəni və Iki Island-ı PS Plus-sız oynayırsınız. Legends rejimində onlayn oynamaq üçün PS Plus lazımdır. Ona PlayStation Plus Deluxe səhifəsində baxa bilərsiniz.
Kod ilk təqdimatda işləmirsə, 24 saat ərzində sifariş çatında bildirin: kod dəyişdirilir, dəyişmək mümkün olmasa Ödəniş və Geri Ödəniş Qaydalarına uyğun geri ödəniş edilir. Kod aktivləşdirildikdən sonra geri qaytarılmır və dəyişdirilmir.
Bunlar da lazım ola bilər: PSN balans kodu (istədiyiniz məbləğdə), Ghost of Yōtei (davamı, 300 il sonra).
Ghost of Tsushima, PlayStation və PSN Sony Interactive Entertainment-in əmtəə nişanlarıdır. Based.Az onlarla əlaqəli və ya onların təsdiqlədiyi satıcı deyil.
Sifariş səhifəsində kodu kopyalayın. Bəzən 2 kod gəlir - ikisini də yükləyin
Konsolda PlayStation Store-u açın, ya da telefonda və ya kompüterdə playstation.com-a öz PSN hesabınızla girin
Profil menyusunda Redeem Code bölməsini açın
12 simvollu kodu yazıb təsdiqləyin. Oyunun öz kodudursa, oyun birbaşa Kitabxanaya düşür. Balans kodudursa, məbləğ cüzdana düşür, oyunu növbəti addımla alırsınız
Store-da "Ghost of Tsushima" yazın, Director's Cut (PS5) buraxılışını seçib alın
Oyun Kitabxanada görünür, oradan yükləyirsiniz
Balans kodu verilibsə, kodun məbləği oyunun qiymətindən bir az çox olur: məsələn, 910 TL-lik oyun üçün 1 000 TL kod verilir. Artıq qalan 90 TL kimi balans PSN cüzdanınızda qalır - növbəti alışda əlavə, PS Plus və ya başqa oyun üçün işlədirsiniz
Kodu yazmazdan əvvəl öz hesabınızda olduğunuza baxın - balans başqa hesaba keçirilmir
Hər kod bir dəfə işlənir
Paket PS5 versiyası üçündür
18 yaşdan kiçiyin hesabında xərcləmə limiti varsa, valideyn hesabından limiti açın, yoxsa oyun alınmır
Kod işləmirsə, sifariş çatına xəta yazısının ekran şəklini göndərin
Sifarişdən sonra bütün detallar Sifarişlərim - Məlumat və Təlimat bölməsindədir.
Bu məhsulda bir paket var - qiymət və müddət yuxarıda yazılıb.
"İndi al" birbaşa ödəniş səhifəsinə keçirir; bir neçə məhsul almaq üçün "Səbətə at" seçilir. Sifariş üçün Based.Az hesabına daxil olmaq kifayətdir.
Bank kartı, BirBank, m10, Portmanat, Apple Pay / Google Pay, kartdan-karta köçürmə və ya sayt balansı ilə. Komissiya yoxdur - ödəniş rüsumunu Based.Az qarşılayır.
Komanda sifarişi iş saatlarında (09:00-01:00) hazırlayır, gecikmə olsa maksimum 24 saat; hazır olanda Sifarişlərim bölməsində görünür.
Ödənişdən sonra sifariş komanda tərəfindən hazırlanır: iş saatlarında (09:00-01:00) adətən qısa müddətdə, gecikmə olsa maksimum 24 saat ərzində. Hazır olanda Sifarişlərim bölməsində görünür.
Giriş məlumatları (e-poçt, şifrə və ya kod) Sifarişlərim bölməsində sifarişin yanında çıxır. Təsdiq kodu adətən lazım olmur; istənsə canlı dəstəyə yazmaq kifayətdir - kodu operator göndərir.
Zəmanət məhsuldan asılıdır: paketin adında yazılıbsa (məs. "3 ay zəmanətli") o qədərdir, yazılmayıbsa məhsulun təsvirində göstərilib. Zəmanət müddətində problem çıxsa, sifariş nömrəsi ilə canlı dəstəyə yazmaq kifayətdir - zəmanət qaydalarına uyğun həll olunur.
Əvvəlcə canlı dəstəyə yazmaq kifayətdir - problemlərin çoxu elə orada həll olunur. Məhsul 24 saat ərzində təqdim olunmayıbsa və ya qüsurludursa, geri ödəniş mümkündür: məbləğ sayt balansına tam qaytarılır, heç bir xidmət haqqı tutulmur. Ətraflı: geri ödəniş qaydaları.
Cavabı tapmadınız? Canlı dəstəyə yazın
Hələ ki heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Rəy yazmaq üçün daxil olun