

Xbox Game Pass (PC) – Microsoft tərəfindən təqdim olunan premium oyun abunəlik sistemidir. Game Pass PC istifadəçilərinə yüzlərlə oyunu limitsiz şəkildə oynamaq imkanı verir və hazır hesab olaraq təqdim olunur. Xüsusilə PC oyunçuları üçün sərfəli, rahat və rəsmi oyun təcrübəsi yaradır.
Game Pass sayəsində oyunları ayrıca satın almadan, geniş və daim yenilənən oyun kitabxanasından birbaşa istifadə edə bilərsiniz.
Məhsul haqqında:
• PC üçün 100+ oyuna limitsiz çıxış (əlavə account tələb edən oyunlar istisna)
• Daim yenilənən oyun kolleksiyası – hər ay yeni o unlar əlavə olunur
• Premium və eksklüziv oyunlara ilk gündən giriş imkanı
• Yüksək keyfiyyətli, rəsmi Microsoft oyunları
• Windows 10 / Windows 11 PC cihazlarda tam uyğunluq
• Hazır və istifadəyə açıq hesab formatı
Game Pass PC abunəliyi ilə aksiyon, macəra, strategiya, yarış və indie oyunlar daxil olmaqla müxtəlif janrlarda oyunları sərbəst şəkildə oynaya bilərsiniz. Yeni çıxan oyunları dərhal sınaqdan keçirmək istəyənlər üçün ideal seçimdir.
Game Pass PC abunəliyini Based.Az vasitəsilə sərfəli qiymətlərlə, təhlükəsiz, sürətli aktivasiya və istifadəyə hazır hesab olaraq əldə edin.
Qeyd: Saytda təqdim olunan məlumatlar ümumi məlumat xarakteri daşıyır. Paketlərin funksiyaları, limitləri, qaydaları və məzmunu müvafiq platformalar tərəfindən müəyyən edilir və zamanla dəyişə bilər. Based.Az olaraq məqsədimiz sizi sifarişdən öncə mümkün qədər aydın və doğru məlumatlandırmaqdır. Ən dəqiq və aktual məlumatlar hər zaman platformanın rəsmi qaydalarına əsaslanır.
Xbox Game Pass PC– İstifadə Qaydaları
• Hesab və ya aktivasiya məlumatları Based.Az tərəfindən təqdim olunur və 1 aylıq zəmanətlidir
• Xidmət yalnız PC cihazlarda istifadə üçün nəzərdə tutulub
• Microsoft Store-a Based.Az tərəfindən verilən Game Pass-lı hesab ilə giriş edilir
• Xbox App üzərindən isə yalnız öz şəxsi Microsoft/Xbox hesabınızla daxil olmalısınız
• Hesab məlumatlarını dəyişmək, hesaba müdaxilə etmək və ya əlavə cihazda istifadə etmək qadağandır
• Hesabı başqa şəxslərlə paylaşmaq qəti şəkildə olmaz
• Əlavə account və ya üçüncü tərəf tədbiq bağlantısı tələb edən oyunlara girişə icazə verilmir(Minecraft, FC, Far Cry, Call of Duty və s.)
• Aktivasiya prosesi orta hesabla 5–10 dəqiqə çəkir
• Qaydaların pozulması halında xidmət dayandırıla bilər və zəmanət qüvvədən düşür
🎮 Ən yeni və keyfiyyətli oyunları problemsiz oynamaq üçün Xbox Game Pass PCxidmətini Based.Az üzərindən təhlükəsiz və sürətli şəkildə əldə edin.
Sifariş tamamlandıqdan sonra bütün detallı məlumatlar “Sifarişlərim” → “Məlumat və təlimat” bölməsində təqdim olunur. Zəhmət olmasa bu bölməni oxuduqdan sonra hesabdan istifadə edin.
Qeyd: Platforma daxilində tətbiq olunan qaydalar, limitlər və texniki dəyişikliklər müvafiq platformanın öz rəsmi siyasətinə əsaslanır və Based.Az bu proseslərə birbaşa müdaxilə edə bilmir. Xidmətlərimizdən rəsmi, sürətli və zəmanətli şəkildə Based.Az vasitəsilə dərhal faydalana bilərsiniz. Hər hansı sual və ya çətinlik yaranarsa, sayt üzərindən Canlı Dəstək komandamıza yaza bilərsiniz. ✅
Bu məhsulda bir paket var - qiymət və müddət yuxarıda yazılıb.
"İndi al" birbaşa ödəniş səhifəsinə keçirir; bir neçə məhsul almaq üçün "Səbətə at" seçilir. Sifariş üçün Based.Az hesabına daxil olmaq kifayətdir.
Bank kartı, BirBank, m10, Portmanat, Apple Pay / Google Pay, kartdan-karta köçürmə və ya sayt balansı ilə. Komissiya yoxdur - ödəniş rüsumunu Based.Az qarşılayır.
Ödənişdən dərhal sonra hesab məlumatları avtomatik Sifarişlərim bölməsində görünür.
Bu məhsul hazırda stokdadır: ödənişdən dərhal sonra avtomatik təqdim olunur və Sifarişlərim bölməsində görünür.
Giriş məlumatları (e-poçt, şifrə və ya kod) Sifarişlərim bölməsində sifarişin yanında çıxır. Təsdiq kodu adətən lazım olmur; istənsə canlı dəstəyə yazmaq kifayətdir - kodu operator göndərir.
Bu məhsulda zəmanət 1 aydır - yəni paketin bütün müddəti boyu. Paketin yanında da yazılıb. Zəmanət müddətində problem çıxsa, sifariş nömrəsi ilə canlı dəstəyə yazmaq kifayətdir - zəmanət qaydalarına uyğun həll olunur.
Əvvəlcə canlı dəstəyə yazmaq kifayətdir - problemlərin çoxu elə orada həll olunur. Məhsul 24 saat ərzində təqdim olunmayıbsa və ya qüsurludursa, geri ödəniş mümkündür: məbləğ sayt balansına tam qaytarılır, heç bir xidmət haqqı tutulmur. Ətraflı: geri ödəniş qaydaları.
Cavabı tapmadınız? Canlı dəstəyə yazın
Rəy yazmaq üçün daxil olun