

Windows Server - şirkət şəbəkələrində, fayl və verilənlər bazası serverlərində, virtual maşınlarda və domen idarəetməsində istifadə olunan Microsoft server əməliyyat sistemidir. Based.Az-da 2019, 2022 və 2025 versiyalarının Standard və Datacenter nəşrləri üçün lisenziya açarı təqdim olunur.
Sifarişdən sonra sizə lisenziya açarı verilir. Quraşdırma ISO faylını Microsoft-un öz saytından yükləyirsiniz, açarı isə quraşdırma zamanı və ya sonradan sistem parametrlərində daxil edirsiniz. Abunəlik deyil, bir dəfəlik ödənişlə alınan lisenziya açarıdır; aylıq ödəniş yoxdur.
Standard - az sayda virtual maşın üçün nəzərdə tutulub
Datacenter - çoxlu virtual maşın işlədən mühitlər üçün nəzərdə tutulub
Lisenziya şərtlərini Microsoft qaydalarına görə yoxlayın.
2019 - əvvəlki nəsil versiya
2022 - 2019 ilə 2025 arasında aralıq versiya
2025 - ən yeni versiya
Sistem administratorları və IT mütəxəssisləri
Öz serverini quran şirkətlər
Test və təlim mühiti qurmaq istəyən IT tələbələri
Virtual maşın və domen mühiti ilə işləyən komandalar
Versiya və nəşri seçib sifariş verirsiniz, açar sifariş səhifəsində göstərilir. Hər il üçün Standard və Datacenter ayrı paketdir. Açarı sifarişdən sonra 24 saat ərzində istifadə edin. Açar ilk təqdimatda işləmirsə, 24 saat ərzində sifariş çatında bildirin: açar dəyişdirilir, dəyişmək mümkün olmasa Ödəniş və Geri Ödəniş Qaydalarına uyğun geri ödəniş edilir. Açar uğurla aktivləşdikdən sonra istifadə nəticəsində yaranan problemlərə və səhv seçilmiş versiyaya zəmanət verilmir.
Standard və Datacenter-in açarı eynidirmi?
Xeyr. Hər nəşrin açarı ayrıdır, sifarişdən əvvəl düzgün nəşri seçin.
Bu açar ayrı CAL lisenziyalarını əvəz edirmi?
Xeyr. Bu, server əməliyyat sisteminin açarıdır. Qoşulan istifadəçilər üçün lazım olan əlavə lisenziya şərtlərini Microsoft qaydalarına görə yoxlayın.
Ev və ya ofis kompüteri üçün uyğundurmu?
Xeyr, bu server əməliyyat sistemidir. Ev və ya ofis kompüteri üçün Windows 10/11 açarına baxın.
Quraşdırmada kömək edirsiniz?
Proqramın quraşdırılmasına uzaqdan qoşulma xidməti göstərilmir; addımlar Məlumat və təlimat bölməsindədir.
Microsoft, Windows, Windows Server Microsoft Corporation-un əmtəə nişanlarıdır. Based.Az onlarla əlaqəli və ya onların təsdiqlədiyi satıcı deyil.
Proqramın quraşdırılmasına uzaqdan qoşulma xidməti göstərilmir; addımlar Məlumat və təlimat bölməsindədir.
Sifarişdən sonra aldığınız lisenziya açarını qeyd edin
Windows Server ISO faylını Microsoft-un öz saytından yükləyin
Quraşdırma zamanı nəşri (Standard və ya Datacenter) açarın nəşrinə uyğun seçin
Açarı quraşdırma zamanı və ya sonra Parametrlər - Aktivləşdirmə bölməsində daxil edin
Açar 24 saat ərzində istifadə edilməlidir
Açarın nəşri (Standard və ya Datacenter) və ili quraşdırdığınız sistemlə eyni olmalıdır
Çətinlik olarsa sayt üzərindən Canlı Dəstək komandamıza yazın.
Sifariş tamamlandıqdan sonra bütün detallar Sifarişlərim - Məlumat və təlimat bölməsində göstərilir.
Yuxarıdakı siyahıdan uyğun müddəti və ya paketi seçin - qiymət seçimə görə dəyişir.
"İndi al" birbaşa ödəniş səhifəsinə keçirir; bir neçə məhsul almaq üçün "Səbətə at" seçilir. Sifariş üçün Based.Az hesabına daxil olmaq kifayətdir.
Bank kartı, BirBank, m10, Portmanat, Apple Pay / Google Pay, kartdan-karta köçürmə və ya sayt balansı ilə. Komissiya yoxdur - ödəniş rüsumunu Based.Az qarşılayır.
Kod iş saatlarında (09:00-01:00) hazırlanır, gecikmə olsa maksimum 24 saat; hazır olanda Sifarişlərim bölməsində çıxır.
Ödənişdən sonra sifariş komanda tərəfindən hazırlanır: iş saatlarında (09:00-01:00) adətən qısa müddətdə, gecikmə olsa maksimum 24 saat ərzində. Hazır olanda Sifarişlərim bölməsində görünür.
Kod Sifarişlərim bölməsində sifarişin yanında çıxır. Aktivləşdirmə addımları məhsulun "İstifadə qaydaları" hissəsində yazılıb; çətinlik olsa canlı dəstək kömək edir.
Bu məhsulda zəmanət 1 gündür - paketin yanında da yazılıb. Zəmanət müddətində problem çıxsa, sifariş nömrəsi ilə canlı dəstəyə yazmaq kifayətdir - zəmanət qaydalarına uyğun həll olunur.
Əvvəlcə canlı dəstəyə yazmaq kifayətdir - problemlərin çoxu elə orada həll olunur. Məhsul 24 saat ərzində təqdim olunmayıbsa və ya qüsurludursa, geri ödəniş mümkündür: məbləğ sayt balansına tam qaytarılır, heç bir xidmət haqqı tutulmur. Ətraflı: geri ödəniş qaydaları.
Cavabı tapmadınız? Canlı dəstəyə yazın
Hələ ki heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Rəy yazmaq üçün daxil olun