

Screaming Frog SEO Spider - saytı axtarış robotu kimi gəzib texniki SEO problemlərini tapan audit proqramıdır. Based.Az-da şəxsə özəl lisenziya açarı və istifadəçi adı ilə, 10-12 ay müddətinə təqdim olunur.
Müddət 10-12 ay arasında dəyişir; dəqiq bitmə tarixi aktivləşmədən sonra proqramda bilinir və 10 ay olması mümkündür. Bu müddətli lisenziyadır, müddət bitəndən sonra yeniləmə ayrıca alınır. Sifarişdən sonra açar və istifadəçi adı verilir, proqramı Screaming Frog-un öz saytından yükləyirsiniz.
Sınıq keçidlərin (404) və yönləndirmələrin tapılması
Title və meta təsvir səhvlərinin, təkrarların yoxlanması
Başlıq (H1, H2) və kanonik teq problemlərinin aşkarlanması
Saytın daxili keçid quruluşunun analizi
Nəticələrin cədvəl şəklində ixrac edilməsi
SEO mütəxəssisləri və freelancerlər
Öz saytının texniki vəziyyətini yoxlamaq istəyən sahibkarlar
Veb-saytlarla işləyən agentliklər və developerlər
Sifarişdən sonra lisenziya açarı və istifadəçi adı sifariş səhifəsində göstərilir. Açar şəxsə özəldir, başqası ilə paylaşılmır. Proqram sayt auditi üçündür; açar sözlər və rəqib analizi üçün Semrush Guru səhifəsinə də baxa bilərsiniz.
Açar ilk təqdimatda işləmirsə, 24 saat ərzində sifariş çatında bildirin: açar dəyişdirilir, dəyişmək mümkün olmasa Ödəniş və Geri Ödəniş Qaydalarına uyğun geri ödəniş edilir. Açar uğurla aktivləşdikdən sonra istifadə nəticəsində yaranan problemlərə zəmanət verilmir.
Screaming Frog nə üçündür?
Saytın texniki SEO auditi üçün proqramdır: sınıq keçidlər, title və meta səhvləri, başlıqlar, yönləndirmələr.
Lisenziya nə qədər davam edir?
10-12 ay. Dəqiq müddət açarda görünür.
Proqramı haradan yükləməliyəm?
Screaming Frog-un öz saytından. Yüklədikdən sonra istifadəçi adı və açarı daxil edirsiniz.
Başqası ilə paylaşmaq olarmı?
Xeyr. Açar şəxsə özəldir.
Screaming Frog SEO Spider Screaming Frog Ltd-nin əmtəə nişanıdır. Based.Az onunla əlaqəli və ya onun təsdiqlədiyi satıcı deyil.
Proqramın quraşdırılmasına uzaqdan qoşulma xidməti göstərilmir; addımlar Məlumat və təlimat bölməsindədir.
Sifarişdən sonra istifadəçi adını və lisenziya açarını qeyd edin
Proqramı Screaming Frog-un öz saytından yükləyin
Quraşdırın və proqramı açın
Lisenziya bölməsində istifadəçi adını və açarı daxil edin
Açarı sifarişdən sonra 24 saat ərzində istifadə edin
Aktivləşmədən sonra bitmə tarixini yoxlayın
Lisenziya şəxsə özəldir, üçüncü şəxslərlə paylaşmayın
Lisenziya müddəti 10-12 aydır, dəqiq tarix açarda görünür
Çətinlik olarsa sayt üzərindən Canlı Dəstək komandamıza yazın.
Sifariş tamamlandıqdan sonra bütün detallar Sifarişlərim - Məlumat və təlimat bölməsində göstərilir.
Bu məhsulda bir paket var - qiymət və müddət yuxarıda yazılıb.
"İndi al" birbaşa ödəniş səhifəsinə keçirir; bir neçə məhsul almaq üçün "Səbətə at" seçilir. Sifariş üçün Based.Az hesabına daxil olmaq kifayətdir.
Bank kartı, BirBank, m10, Portmanat, Apple Pay / Google Pay, kartdan-karta köçürmə və ya sayt balansı ilə. Komissiya yoxdur - ödəniş rüsumunu Based.Az qarşılayır.
Komanda sifarişi iş saatlarında (09:00-01:00) hazırlayır, gecikmə olsa maksimum 24 saat; hazır olanda Sifarişlərim bölməsində görünür.
Ödənişdən sonra sifariş komanda tərəfindən hazırlanır: iş saatlarında (09:00-01:00) adətən qısa müddətdə, gecikmə olsa maksimum 24 saat ərzində. Hazır olanda Sifarişlərim bölməsində görünür.
Giriş məlumatları (e-poçt, şifrə və ya kod) Sifarişlərim bölməsində sifarişin yanında çıxır. Təsdiq kodu adətən lazım olmur; istənsə canlı dəstəyə yazmaq kifayətdir - kodu operator göndərir.
Bu məhsulda zəmanət 1 gündür - paketin yanında da yazılıb. Zəmanət müddətində problem çıxsa, sifariş nömrəsi ilə canlı dəstəyə yazmaq kifayətdir - zəmanət qaydalarına uyğun həll olunur.
Əvvəlcə canlı dəstəyə yazmaq kifayətdir - problemlərin çoxu elə orada həll olunur. Məhsul 24 saat ərzində təqdim olunmayıbsa və ya qüsurludursa, geri ödəniş mümkündür: məbləğ sayt balansına tam qaytarılır, heç bir xidmət haqqı tutulmur. Ətraflı: geri ödəniş qaydaları.
Cavabı tapmadınız? Canlı dəstəyə yazın
Hələ ki heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Rəy yazmaq üçün daxil olun