

(Based.Az — Son yenilənmə: 11.11.2025)
Bu sənəd Based.Az platformasından istifadə zamanı yaranan münasibətlərdə xidmət göstərənin hüquqi məsuliyyətinin hüdudlarını müəyyən edir. Saytdan istifadə etməklə və qeydiyyatdan keçməklə, istifadəçi aşağıda göstərilmiş bütün şərtlərlə razılaşmış hesab olunur.
1.1. Təqdim olunan xidmətlər hər bir üçüncü tərəf platformanın xidmət şərtlərinə uyğun şəkildə həyata keçirilir.
1.2. Based.Az yalnız xidmətin aktivləşdirilməsi və istifadəçiyə təqdim olunması mərhələsinə cavabdehdir.
2.1. Rəqəmsal məhsulların işləmə qaydası, aktivlik müddəti, texniki nasazlıqları, təhlükəsizlik yoxlamaları və hesabların deaktiv edilməsi tam olaraq məhsulun təqdim edildiyi platformanın (Netflix, YouTube və s.) daxili siyasətlərindən asılıdır.
2.2. Deaktivasiya halları üçüncü tərəf platformanın daxili təhlükəsizlik sistemlərinin nəticəsidir və Based.Az bu prosesə müdaxilə edə bilmir.
2.3. Based.Az üçüncü tərəf platformalarının fəaliyyətinə, siyasət dəyişikliklərinə və texniki problemlərinə təsir göstərə bilməz və bu proseslərə görə məsuliyyət daşımır.
3.1. Sifariş edildikdən sonra xərci çəkilən və ya istifadəçiyə dərhal təqdim edilən rəqəmsal xidmətlər üzrə geri ödəniş edilmir.
3.2. Geri ödəniş iddiası yalnız istifadəçinin təqdim etdiyi açıq və tam video sübut əsasında qiymətləndirilir.
3.3. Based.Az olaraq yalnız könüllü və imkan daxilində istifadəçilərimizə yardım göstəririk, lakin bu hüquqi öhdəlik sayılmır.
4.1. İstifadəçi hesab məlumatlarını, şifrələri və təqdim olunan xidmətlərə çıxışı qorumağa borcludur.
4.2. Hesabın üçüncü şəxslərlə paylaşılması, yanlış məlumat daxil edilməsi, təyin olunan qaydalara əməl olunmaması və sui-istifadə halları tam olaraq istifadəçinin məsuliyyətidir. (Sui-istifadə - hesab məlumatlarının üçüncü şəxslərə verilməsi, multi-login, region dəyişiklikləri, riskli giriş cəhdləri və s. halları nəzərdə tutur.)
4.3. İstifadəçinin cihazı, interneti, DNS və ya fərdi texniki problemlər səbəbilə xidmətə daxil ola bilməməsi üçün Based.Az məsuliyyət daşımır.
5.1. Bəzi xidmətlərin aktivləşdirilməsi üçün texniki əməkdaşların və/və ya xüsusi region bağlantılarının (VPN və s.) istifadəsi tələb oluna bilər.
5.2. Bu proses yalnız xidmətin təqdim edilməsi məqsədi ilə aparılır və tam şəffaf həyata keçirilir uyğundur.
5.3. Aktivləşdirmə üçün istifadəçidən əldə olunan məlumatlar yalnız icra məqsədi ilə emal olunur və sonradan saxlanılmır.
6.1. Based.Az heç bir halda aşağıdakılara görə məsuliyyət daşımır:
• üçüncü tərəf platformalarının xidməti dayandırması və ya deaktiv etməsi
• istifadəçinin verdiyi yanlış məlumatlar
• istifadəçinin cihaz və internet problemləri
• xidmətin təqdim edilməsindən sonra istifadənin itirilməsi
• dolayı, təsadüfi, dolayı ziyanlar, mənfəət itkisi və reputasiya zərəri
6.2. Platforma heç bir dolayı zərərə görə (o cümlədən məlumat itkisi, əməliyyat fasiləsi, müştəri itkisi) məsuliyyət daşımır
7.1. Bu sənəd Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanır.
7.2. Mübahisələr ilkin olaraq yazılı müraciət əsasında həll edilir.
7.3. Razılıq əldə olunmadığı təqdirdə mübahisələr yalnız Bakı şəhəri məhkəmələrində həll olunur.
Saytdan istifadə etməklə istifadəçi aşağıdakıları təsdiq edir:
• Bu sənədi oxudum və şərtlərlə razıyam
• Xidmətlərin rəqəmsal xarakterə malik olduğunu anlayıram
• Üçüncü tərəf platformalarının fəaliyyətinə Based.Az-ın cavabdeh olmadığını qəbul edirəm
• Deaktivasiya və siyasət dəyişiklikləri zamanı geri ödəniş tələb etməyəcəyimi qəbul edirəm
(Based.Az — Son yenilənmə: 11.11.2025)
Bu Qaydalar www.based.az platformasında göstərilən xidmətlər üzrə ödənişlərin aparılması və geri ödəniş prosedurlarını tənzimləyir. Sifariş edən hər bir istifadəçi bu qaydaları tam şəkildə qəbul etmiş hesab olunur.
1.1. Ödənişlər yalnız aşağıdakı rəsmi kanallar vasitəsilə qəbul edilir:
• Kapital Bank (BirBank)
• e-point rəqəmsal ödəniş sistemi
1.2. Üçüncü şəxslərə edilən ödənişlərə görə Based.Az məsuliyyət daşımır.
1.3. Qəbz təqdim edilməzsə, sistemdə ödənişin mövcudluğu yalnız bankdan alınan təsdiqlə (çıxarışla) yoxlanılır.
1.4. Based.Az ödəniş kartı məlumatlarına heç bir halda çıxış əldə etmir və bu məlumatları saxlamır.
2.1. Rəqəmsal məhsullar (abunəliklər, hesablar, promokodlar və digər elektron xidmətlər) adətən dərhal, gecikmə olarsa maksimum 24 saat ərzində təqdim edilir.
2.2. Rəqəmsal məhsul təqdim olunduğu andan istifadə edilmiş hesab olunur.
Geri ödəniş yalnız aşağıdakı iki halda mümkündür:
3.1. Məhsul 24 saat ərzində təqdim edilməyibsə.
3.2. Təqdim edilən məhsul qüsurludursa və bu hal istifadəçi tərəfindən sübutla (video, screenshot) təsdiqlənirsə.
Qüsurlu məhsul - təqdim edilmiş hesabın ilkin daxilolma mərhələsində texniki olaraq işləməməsi deməkdir.
Bu iki hal xaricində geri ödəniş həyata keçirilmir.
Aşağıdakı bütün vəziyyətlərdə geri ödəniş verilmir:
4.1. Dərhal təqdim olunan rəqəmsal xidmətlərə görə
Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanununa əsasən, dərhal təqdim olunan elektron xidmətlər, rəqəmsal məzmun və promokodlar geri qaytarılmır.
4.2. Rəqəmsal məhsul təqdim olunduqdan sonra
Hesabın və ya abunəliyin aktivləşdirilməsi təqdimat hesab olunur və geri ödəniş əsası deyil.
4.3. Platformanın hesabı deaktiv etməsi və ya əlavə yoxlama aparması
Netflix, Spotify, YouTube, OpenAI, Adobe və digər platformalar öz daxili siyasətinə əsasən abunəliyi ləğv edə bilər.
Platforma tərəfindən deaktiv etmələr və ya siyasət dəyişikliklərinə görə Based.Az geri ödəniş etmir.
4.4. İstifadəçinin səhvi
• Yanlış platforma seçimi
• Yanlış e-mail / telefon məlumatı daxil edilməsi
• Hesaba giriş edə bilməmək (şəxsi cihaz problemi)
• VPN, region və ya cihaz uyğunluğu ilə bağlı istifadəçi xətaları
4.5. 14 günlük geri çəkilmə hüququ
İstehlakçının 14 günlük geri çəkilmə hüququ rəqəmsal xidmətlərə şamil edilmir.
5.1. Geri ödənişlər yalnız istifadəçinin www.based.az hesabına balans şəklində əlavə edilir. Bank kartına və ya birbaşa hesabına geri ödəniş edilmir. Balans yalnız Based.Az daxilində istifadə edilə bilər və nağdlaşdırılmır.
5.2. Geri ödəniş sorğusunun icra müddəti maksimum 3 iş günüdür.
6.1. Based.Az yalnız xidmətin aktivləşdirilməsinə görə məsuliyyət daşıyır.
6.2. Abunəlik təqdim edildikdən sonra məhsulun işləməsi, ləğvi, deaktiv olunması və ya texniki problemlər müvafiq platformanın (Netflix, YouTube, Spotify, OpenAI və s.) məsuliyyət sahəsinə daxildir.
6.3. Bu kimi üçüncü tərəf müdaxilələrinə görə Based.Az tərəfindən geri ödəniş və ya əvəzləmə həyata keçirilmir.
7.1. Ağır qayda pozuntusu (saxta qəbz, kart fırıldaqçılığı, hesab oğurluğu və s.) aşkarlandıqda istifadəçi müddətsiz bloklanır.
7.2. Based.Az zəruri hallarda məlumatları hüquq-mühafizə orqanları ilə paylaşa bilər.
Sifariş verilməsi və ödəniş edilməsi, istifadəçinin bu “Ödəniş və Geri Ödəniş Qaydaları”nı tam şəkildə qəbul etməsi deməkdir.
Bu məhsulda bir paket var - qiymət və müddət yuxarıda yazılıb.
"İndi al" birbaşa ödəniş səhifəsinə keçirir; bir neçə məhsul almaq üçün "Səbətə at" seçilir. Sifariş üçün Based.Az hesabına daxil olmaq kifayətdir.
Bank kartı, BirBank, m10, Portmanat, Apple Pay / Google Pay, kartdan-karta köçürmə və ya sayt balansı ilə. Komissiya yoxdur - ödəniş rüsumunu Based.Az qarşılayır.
Komanda sifarişi iş saatlarında (09:00-01:00) hazırlayır, gecikmə olsa maksimum 24 saat; hazır olanda Sifarişlərim bölməsində görünür.
Ödənişdən sonra sifariş komanda tərəfindən hazırlanır: iş saatlarında (09:00-01:00) adətən qısa müddətdə, gecikmə olsa maksimum 24 saat ərzində. Hazır olanda Sifarişlərim bölməsində görünür.
Giriş məlumatları (e-poçt, şifrə və ya kod) Sifarişlərim bölməsində sifarişin yanında çıxır. Təsdiq kodu adətən lazım olmur; istənsə canlı dəstəyə yazmaq kifayətdir - kodu operator göndərir.
Zəmanət məhsuldan asılıdır: paketin adında yazılıbsa (məs. "3 ay zəmanətli") o qədərdir, yazılmayıbsa məhsulun təsvirində göstərilib. Zəmanət müddətində problem çıxsa, sifariş nömrəsi ilə canlı dəstəyə yazmaq kifayətdir - zəmanət qaydalarına uyğun həll olunur.
Əvvəlcə canlı dəstəyə yazmaq kifayətdir - problemlərin çoxu elə orada həll olunur. Məhsul 24 saat ərzində təqdim olunmayıbsa və ya qüsurludursa, geri ödəniş mümkündür: məbləğ sayt balansına tam qaytarılır, heç bir xidmət haqqı tutulmur. Ətraflı: geri ödəniş qaydaları.
Cavabı tapmadınız? Canlı dəstəyə yazın
Hələ ki heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Rəy yazmaq üçün daxil olun