

BASED.AZ - İSTİFADƏÇİ QAYDALARI VƏ ŞƏRTLƏRİ
(son redaktə: 11.11.2025)
Bu Qaydalar və Şərtlər Based.Az platformasında qeydiyyatdan keçən və xidmətlərdən istifadə edən bütün istifadəçilərə şamil olunur. Qeydiyyatdan keçməklə, istifadəçi bu sənəddə qeyd edilmiş bütün şərtləri qəbul etmiş sayılır.
Based.Az Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən rəqəmsal xidmət platformasıdır. Platforma üzərindən yalnız qanuni məqsədlər üçün istifadə etmək icazəlidir.
2.1. İstifadəçi qeydiyyat zamanı təqdim etdiyi məlumatların tam, düzgün və aktual olmasına görə məsuliyyət daşıyır.
2.2. Yanlış məlumat nəticəsində yaranan hüquqi və texniki məsuliyyət istifadəçinin üzərindədir.
2.3. Qeydiyyatla yanaşı, istifadəçi şəxsi məlumatlarının emalına dair təqdim olunmuş “Məxfilik Siyasəti” və “Açıq Razılıq” şərtlərini qəbul etmiş sayılır.
3.1. 18 yaşdan aşağı şəxslər yalnız valideyn icazəsi ilə platformadan istifadə edə bilər.
3.2. Ailə üzvünün kartından icazəsiz istifadə nəticəsində yaranan məsuliyyət istifadəçiyə məxsusdur. Platforma bu hallara görə cavabdehlik daşımır.
4.1. Sifariş yalnız ödəniş təsdiqləndikdən sonra sistemdə qeydə alınmış sayılır.
4.2. Rəqəmsal məhsullar adətən dərhal, gecikmə olarsa maksimum 24 saat ərzində təqdim edilir.
4.3. Sifarişlər növbə əsasında icra olunur, sifariş verildiyi anda geri tələb mümkün deyil.
4.4. Rəqəmsal məhsullar təqdim olunduğu andan istifadə edilmiş hesab olunur.
5.1. Ödəniş yalnız Based.Az tərəfindən göstərilən rəsmi hesab və ödəniş kanalları ilə qəbul olunur.
5.2. Üçüncü şəxslərə edilən ödənişlərə görə platforma məsuliyyət daşımır.
5.3. Ödəniş etdikdən sonra qəbz təqdim edilməsi mütləqdir. Qəbz təqdim edilmədiyi halda sifariş aktiv hesab edilmir.
6.1. Abunəliklərin bitmə tarixi ilə bağlı istifadəçiyə 2-3 gün əvvəl bildiriş göndərilir.
6.2. İstifadəçinin öz cihazında və ya şəxsi texniki problem səbəbilə hesabdan istifadə edə bilməməsi geri qaytarma əsası deyil.
6.3. Əgər məhsulun işləmə qaydası məhsul səhifəsində göstərilibsə, istifadəçi bu məlumatla tanış olmağa borcludur.
6.4. Tək cihazlıq hesabların başqaları ilə paylaşılması qadağandır.
6.5. Sifarişin texniki icrası və 3-cü tərəf əməkdaşların iştirakı
7.1. Azərbaycan Respublikasının İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanuna əsasən, dərhal təqdim olunan rəqəmsal xidmətlər və sifarişdən sonra xərci çəkilən məhsullar geri qaytarılmır.
7.2. Geri qaytarılma və ya əvəzləmə yalnız bu hallarda mümkündür:
məhsul 24 saat ərzində təqdim edilməyibsə,
təqdim edilən məhsul qüsurludursa və bu sübutla təsdiqlənirsə.
7.3. Yanlış platforma seçimi, məlumatın səhv daxil edilməsi və ya istifadəçi xətası geri qaytarılma əsası deyil.
7.4. Geri ödənişlər yalnız istifadəçinin www.based.az hesabına balans şəklində əlavə edilir.
7.5. İstehlakçının 14 günlük geri çəkilmə hüququ rəqəmsal məhsullara şamil edilmir.
7.6. Geri ödənişin icra müddəti maksimum 3 iş günüdür.
8.1. Based.Az tərəfindən göstərilməmiş əlaqə vasitələri ilə aparılan yazışma və alış-verişlərə görə platforma məsuliyyət daşımır.
8.2. Saxta qəbz, fırıldaqçılıq, hesab oğurluğu, üçüncü şəxslərin məlumatlarının dəyişdirilməsi aşkarlandıqda istifadəçi platformadan ömürlük bloklanır.
8.3. Zəruri hallarda hüquq-mühafizə orqanlarına məlumat təqdim edilə bilər.
9.1. Based.Az yalnız xidmətlərin aktivləşdirilməsi və təqdim olunmasına görə məsuliyyət daşıyır.
9.2. Məhsulun təqdim edildiyi platformaların (Netflix, Spotify, YouTube, OpenAI, və s.) daxili siyasətləri, texniki nasazlıqları, təhlükəsizlik yoxlamaları və ya hesabların deaktiv edilməsi Based.Az tərəfindən idarə edilmir və bizim nəzarətimizdə olmayan hallardır. Bu platformalar abunəlikləri və ya hesabları istənilən vaxt, əvvəlcədən xəbərdarlıq etmədən öz istifadə şərtlərinə uyğun olaraq ləğv edə bilərlər.
Bu cür deaktivasiya və ya məhdudlaşdırma ilə nəticələnən hallarda Platformalar tərəfindən ödəniş geri qaytarılmır, çünki bu məhsullar üçün ödəniş sifariş anında üçüncü tərəf platformalara tam şəkildə ödənilir və həmin platformalar bu ödənişləri geri qaytarmır.
Based.Az yalnız abunənin aktivləşdirilməsi və istifadəçiyə təqdim edilməsi mərhələsinə cavabdehdir. Abunə aktivləşdirildikdən sonra məhsulun işləməsi, dayandırılması və ya deaktiv olunması tam olaraq məhsulun təqdim edildiyi platformanın məsuliyyətidir.
Xidmətdən istifadə etməklə istifadəçi məhsulun təqdim edildiyi platformanın müstəqil fəaliyyət göstərdiyini, siyasət dəyişiklikləri və ləğv hallarında Based.Az-ın məsuliyyət daşımadığını və bu kimi hallarda geri ödəniş edilmədiyini qəbul edir.
9.3. www.based.az uzun illər fəaliyyət göstərdiyi müddətdə istifadəçilərə geniş təminat və tam geri ödəniş tətbiq etmişdir. Lakin son dövrdə məhsulların təqdim edildiyi üçüncü tərəf platformaların (Netflix, YouTube, Spotify, OpenAI, Adobe və s.) daxili siyasətlərində edilən dəyişikliklər, təhlükəsizlik yoxlamaları, texniki məhdudiyyətlər və hesabların öz qaydalarına əsasən deaktiv edilməsi səbəbindən bu praktikanın davam etdirilməsi mümkün olmur.
Bu səbəbdən üçüncü tərəf platformalar tərəfindən həyata keçirilən deaktivasiya, məhdudlaşdırma, siyasət dəyişiklikləri və ya xidmətin dayandırılması hallarında Based.Az tərəfindən geri ödəniş, məhsulun əvəzlənməsi və ya bərpası həyata keçirilmir. Çünki bu xidmətlər üçün ödəniş sifariş anında həmin platformalara tam şəkildə ödənilir və deaktivasiya hallarında platformalar ödənişi geri qaytarmır. Based.Az bu proseslərə təsir imkanına malik deyil və bu hallara görə hüquqi məsuliyyət daşımır.
Based.Az yalnız abunənin aktivləşdirilməsi və istifadəçiyə təqdim olunması mərhələsinə cavabdehdir. Abunə təqdim edildikdən sonra hesabın işləməsi, aktiv saxlanılması, deaktiv olunması və ya ləğv edilməsi tam şəkildə müvafiq platformanın və istifadəçinin məsuliyyətindədir.
Bununla belə, Based.Az imkan daxilində istifadəçiyə könüllü olaraq yardım göstərə, texniki yönləndirilmə və ya alternativ həll təklif edə bilər. Lakin bu yardım öhdəlik xarakteri daşımır, təminat verilmir və hüquqi öhdəlik yaratmır.
İstifadəçi xidmətlərdən yararlanmaqla bu şərtləri, eləcə də üçüncü tərəf platformaların müstəqil fəaliyyət göstərdiyini və belə hallarda geri ödənişin mümkün olmadığını əvvəlcədən qəbul etmiş hesab olunur.
10.1. İstifadəçi hesab məlumatlarını gizli saxlamalıdır.
10.2. Hesabın üçüncü şəxslərlə paylaşılması nəticəsində yaranan məsuliyyət istifadəçiyə məxsusdur.
10.3. Platformada hər hansı fırıldaqçılıq və ya pozuntu aşkar edildikdə, istifadəçi dərhal bloklanır.
11.1. Topdan satış və korporativ əməkdaşlıq yalnız rəsmi sorğu əsasında mümkündür.
11.2. Bütün rəsmi sorğular yalnız [email protected] ünvanına və ya WhatsApp üzərindən qəbul edilir.
12.1. Saytda göstərilən bütün qiymətlərə vergi daxildir.
12.2. Based.Az Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərir.
12.3. VÖEN: 3201953392
13.1. Mübahisələr ilkin olaraq yazılı müraciət əsasında həll edilir.
13.2. Razılıq əldə olunmadığı təqdirdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Bakı şəhəri məhkəmələrində həll olunur.
14.1. Based.Az tərəfindən təqdim olunan xidmətlər rəqəmsal məzmunun onlayn çatdırılmasıdır və fiziki məhsul hesab edilmir. Bu səbəbdən geri qaytarma və dəyişdirilmə qaydaları Azərbaycan Respublikasının “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Qanununun rəqəmsal məzmunla bağlı müddəalarına uyğun olaraq tətbiq edilir.
Bu qaydalar istifadəçinin qeydiyyatdan keçdiyi andan etibarən qüvvəyə minir və istifadəçi bu şərtlərə əməl etməyə borcludur.
MƏXFİLİK SİYASƏTİ
(Based.Az — Son yenilənmə: 11.11.2025)
Based.Az istifadəçilərin şəxsi məlumatlarının məxfiliyinin qorunmasını təmin edir və Azərbaycan Respublikasının “Şəxsi məlumatlar haqqında” Qanununa uyğun fəaliyyət göstərir. Bu sənəd platformadan istifadə zamanı toplanan məlumatların hansı qaydada emal olunduğunu izah edir.
Xidmətlərdən istifadə zamanı aşağıdakı məlumatlar toplanır:
Ad, soyad və əlaqə məlumatları (mobil nömrə və elektron poçt ünvanı)
Ödəniş üçün tələb olunan məlumatlar yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən Kapital Bank (BirBank) və e-point ödəniş sistemi vasitəsilə emal edilir.
Based.Az ödəniş kartı məlumatlarına çıxış əldə etmir, bu məlumatları görmür və saxlamır.
Toplanan məlumatlar yalnız aşağıdakı məqsədlərlə emal olunur:
Xidmətlərin göstərilməsi və sifarişlərin icrası
Müştəri dəstəyinin təmin edilməsi
Təhlükəsizlik, saxtakarlıq və sui-istifadə hallarının qarşısının alınması
Qanunvericiliklə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsi
Şəxsi məlumatlar yalnız aşağıdakı hallarda paylaşılır:
Sifariş edilən məhsula uyğun olaraq
Qanunla tələb edildikdə müvafiq dövlət orqanları ilə
İstifadəçinin açıq və təsdiqlənmiş razılığı olduqda
Based.Az şəxsi məlumatları heç bir halda satmır və kommersiya məqsədi ilə üçüncü şəxslərə ötürmür.
Bəzi məhsulların texniki aktivləşdirilməsi üçün istifadəçinin sifariş zamanı təqdim etdiyi məlumatlar xidmətin icrası məqsədilə əməkdaşlarımıza ötürülə bilər. Bu ötürülmə yalnız xidmətin tamamlanması üçün tələb olunan minimum məlumatlarla məhdudlaşır və kommersiya məqsədi daşımır. Aktivləşdirmə prosesindən sonra bu məlumatlar həmin tərəflər tərəfindən saxlanılmır və istifadə edilə bilməz.
Şəxsi məlumatların təhlükəsizliyi üçün aşağıdakı tədbirlər görülür:
Şifrələnmiş məlumat mübadiləsi
Server və infrastruktur təhlükəsizliyi
İcazəsiz girişə qarşı mühafizə mexanizmləri
Ödəniş məlumatlarının yalnız ödəniş sistemi tərəfindən emal edilməsi
Based.Az ödəniş kartı məlumatlarını görmür, görə bilmir və saxlamır.
İstifadəçi “Şəxsi məlumatlar haqqında” Qanuna əsasən aşağıdakı hüquqlara malikdir:
Öz məlumatlarına baxmaq
Məlumatların düzəldilməsini tələb etmək
Mümkün olduqda şəxsi məlumatların silinməsini tələb etmək
Məlumatların emalına dair suallar vermək
Müraciət üçün: [email protected]
Şəxsi məlumatlar yalnız xidmətin göstərilməsi üçün lazım olan müddətdə və qanunvericiliyin tələblərinə uyğun saxlanılır. Artıq tələb olunmadıqda məlumatlar təhlükəsiz şəkildə silinir.
Bu məhsulda bir paket var - qiymət və müddət yuxarıda yazılıb.
"İndi al" birbaşa ödəniş səhifəsinə keçirir; bir neçə məhsul almaq üçün "Səbətə at" seçilir. Sifariş üçün Based.Az hesabına daxil olmaq kifayətdir.
Bank kartı, BirBank, m10, Portmanat, Apple Pay / Google Pay, kartdan-karta köçürmə və ya sayt balansı ilə. Komissiya yoxdur - ödəniş rüsumunu Based.Az qarşılayır.
Komanda sifarişi iş saatlarında (09:00-01:00) hazırlayır, gecikmə olsa maksimum 24 saat; hazır olanda Sifarişlərim bölməsində görünür.
Ödənişdən sonra sifariş komanda tərəfindən hazırlanır: iş saatlarında (09:00-01:00) adətən qısa müddətdə, gecikmə olsa maksimum 24 saat ərzində. Hazır olanda Sifarişlərim bölməsində görünür.
Giriş məlumatları (e-poçt, şifrə və ya kod) Sifarişlərim bölməsində sifarişin yanında çıxır. Girişdə təsdiq kodu istənsə, kod Mail Təsdiq bölməsindən götürülür.
Zəmanət paketin bütün müddətini əhatə edir - paket bitənə qədər hesabla bağlı problem çıxsa, sifariş nömrəsi ilə canlı dəstəyə yazmaq kifayətdir, dəyişdirilir və ya bərpa olunur.
Əvvəlcə canlı dəstəyə yazmaq kifayətdir - problemlərin çoxu elə orada həll olunur. Məhsul 24 saat ərzində təqdim olunmayıbsa və ya qüsurludursa, geri ödəniş mümkündür: məbləğ sayt balansına qaytarılır (5%-dək xidmət haqqı tutula bilər). Ətraflı: geri ödəniş qaydaları.
Cavabı tapmadınız? Canlı dəstəyə yazın
Hələ ki heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Mətn yazmadan, bir kliklə.