

Magnific (Əvvəlki Freepik) + Envato Elements – Dizaynerlər və yaradıcılar üçün ideal resurs paketi
Freepik (Magnific) və Envato Elements dünyanın ən populyar dizayn və kreativ resurs platformalarıdır. Bu iki xidməti birlikdə əldə etməklə həm dizayn, həm də multimedia layihələriniz üçün milyonlarla peşəkar materiala sahib ola bilərsiniz.
Freepik Premium hesabı ilə:
• Minlərlə vektor, ikon, PSD faylı, foto və illüstrasiya
• Limitsiz yükləmə və reklamsız istifadə
• Sosial media postları, təqdimatlar və çap işləri üçün peşəkar resurslar
Envato Elements Premium hesabı ilə:
• Milyonlarla şablon, loqo, font, video intro, musiqi, stock foto və video
• Limitsiz endirmə və yüksək keyfiyyətli fayllara çıxış
• Dizaynerlər, montajçılar, reklamçılar və kontent yaradanlar üçün ideal seçim
Bu iki xidməti birləşdirən Freepik + Envato Elements Premium paketi ilə bütün kreativ layihələrinizi peşəkar səviyyəyə qaldıra bilərsiniz.
Magnific, Freepik və Envato Elements abunəliyini Based.Az vasitəsilə ən sərfəli qiymətlərlə və tam təhlükəsiz şəkildə aktivləşdirə bilərsiniz.
Magnific (Əvvəlki Freepik) + Envato Elements – İstifadə Qaydaları (panel üzərindən yükləmə ilə)
• Based.Az sizə məxsus şəxsi panel hesabı təqdim edir
• Freepik üçün – gündəlik 20 fayl, aylıq 600+ yükləmə
• Envato Elements üçün – gündəlik 100 fayl, aylıq 3000+ yükləmə
• Hesab hazır formada təqdim olunur və avtomatik çatdırılır
• Hər iki platformadakı bütün məzmunları yükləyə bilirsiniz
• Yükləmələr yalnız panel sayt üzərindən həyata keçirilir – sistem “url yapışdır və yüklə” prinsipi ilə işləyir
• Texniki çətinliklər zamanı aktiv dəstək və zəmanət təmin olunur
• Abunəlik müddəti bitdikdə eyni hesabla yenidən aktivləşdirmək mümkündür
Panel nədir?
Panel, sizə təqdim etdiyimiz xüsusi bir web sayt sistemidir. Kodunuzu aktiv etdikdən sonra Freepik və ya Envato Elements saytında yükləmək istədiyiniz faylın linkini panelə əlavə edirsiniz və sistem həmin faylı avtomatik yükləyir. Bu sistem davamlı çalışır və tam avtomatlaşdırılıb.
Based.Az tərəfindən təqdim olunan panel sistemi isə stabil, təhlükəsiz və zəmanətli şəkildə işləyir.
Yuxarıdakı siyahıdan uyğun müddəti və ya paketi seçin - qiymət seçimə görə dəyişir.
"İndi al" birbaşa ödəniş səhifəsinə keçirir; bir neçə məhsul almaq üçün "Səbətə at" seçilir. Sifariş üçün Based.Az hesabına daxil olmaq kifayətdir.
Bank kartı, BirBank, m10, Portmanat, Apple Pay / Google Pay, kartdan-karta köçürmə və ya sayt balansı ilə. Komissiya yoxdur - ödəniş rüsumunu Based.Az qarşılayır.
Ödənişdən dərhal sonra hesab məlumatları avtomatik Sifarişlərim bölməsində görünür.
Bu məhsul hazırda stokdadır: ödənişdən dərhal sonra avtomatik təqdim olunur və Sifarişlərim bölməsində görünür.
Giriş məlumatları (e-poçt, şifrə və ya kod) Sifarişlərim bölməsində sifarişin yanında çıxır. Girişdə təsdiq kodu istənsə, kod Mail Təsdiq bölməsindən götürülür.
Zəmanət seçilən paketə görədir: 1 ay, 3 ay, 6 ay, 1 il - yəni hər paket öz müddəti boyu zəmanətlidir. Hər paketin yanında yazılıb. Zəmanət müddətində problem çıxsa, sifariş nömrəsi ilə canlı dəstəyə yazmaq kifayətdir - zəmanət qaydalarına uyğun həll olunur.
Əvvəlcə canlı dəstəyə yazmaq kifayətdir - problemlərin çoxu elə orada həll olunur. Məhsul 24 saat ərzində təqdim olunmayıbsa və ya qüsurludursa, geri ödəniş mümkündür: məbləğ sayt balansına qaytarılır (5%-dək xidmət haqqı tutula bilər). Ətraflı: geri ödəniş qaydaları.
Cavabı tapmadınız? Canlı dəstəyə yazın