

Amazon Prime Video - dünya üzrə milyonlarla istifadəçisi olan, film və serial yayımı üzrə aparıcı platformalardan biridir. Platforma geniş məzmun arxivi, yüksək görüntü keyfiyyəti və eksklüziv Prime Originals layihələri ilə fərqlənir. Aksiyon, dram, komediya, kriminal, sənədli və ailə janrlarında minlərlə məzmunu reklamsız və fasiləsiz izləmək imkanı təqdim edir.
Amazon Prime Video abunəliyi həm fərdi istifadəçilər, həm də ailə üzvləri üçün ideal seçimdir. Platforma Smart TV, mobil telefon, planşet və kompüter üzərindən stabil və rahat istifadə imkanı yaradır. Offline yükləmə funksiyası ilə internet olmadan da izləmə mümkündür.
Məhsul haqqında:
• Amazon Prime Video rəsmi premium hesabı
• HD və Full HD görüntü keyfiyyəti (məzmundan asılı olaraq 4K dəstəyi)
• Reklamsız və fasiləsiz izləmə imkanı
• Minlərlə film, serial və Amazon Originals məzmunu
• Birdən çox cihazda giriş imkanı
• Mobil tətbiq üzərindən offline yükləmə
• Davam edən serial bölümlərinin avtomatik yadda saxlanması
• Sürətli aktivləşdirmə və istifadəyə hazır təqdimat
Üstünlüklər:
• Netflix alternativi olaraq geniş beynəlxalq arxiv
• Eksklüziv Prime Originals (yalnız Prime Video üçün çəkilən layihələr)
• Stabil işləmə və yüksək server sürəti
• Ailə və fərdi istifadə üçün uyğun seçim
Amazon Prime Video hesabı Based.Az üzərindən rəsmi və təhlükəsiz şəkildə təqdim olunur. Sifariş tamamlandıqdan sonra hesab məlumatları qısa müddətdə çatdırılır və dərhal istifadə mümkündür. Rəqəmsal məhsul olduğu üçün aktivləşdirmə prosesi sürətli və rahatdır.
Qeyd: Saytda təqdim olunan məlumatlar ümumi məlumat xarakteri daşıyır. Paketlərin funksiyaları, limitləri, qaydaları və məzmunu müvafiq platformalar tərəfindən müəyyən edilir və zamanla dəyişə bilər. Based.Az olaraq məqsədimiz sizi sifarişdən öncə mümkün qədər aydın və doğru məlumatlandırmaqdır. Ən dəqiq və aktual məlumatlar hər zaman platformanın rəsmi qaydalarına əsaslanır.
Amazon Prime Video - Aktivləşdirmə, Xidmət Şərtləri və İstifadə Qaydaları
Amazon Prime Video üzvlüyü Based.Az vasitəsilə təqdim olunur və istifadəçilərə rəsmi, sürətli və zəmanətli şəkildə platformanın premium imkanlarından yararlanmaq imkanı verir. Xidmət hazır hesab formatında təqdim edilir və dərhal istifadəyə hazır olur.
• Hesab sizə e-poçt (email) və şifrə ilə təqdim olunur
• Bəzi hallarda Amazon hesablarında problem yaşana bilər, bu halda dərhal yeni hesab təqdim edirik
• Profil tam sizə məxsusdur - üçüncü şəxslərlə paylaşılması qadağandır
• Hesab məlumatlarını aldıqdan sonra Amazon Prime Video platformasına daxil olmaq kifayətdir
• Giriş tamamlandıqdan sonra bütün premium funksiyalar avtomatik aktiv olur
• Amazon qaydalarına əsasən, VPN istifadə edərək region dəyişmək mümkün deyil
• Müəyyən regionlara aid film və seriallar yalnız həmin region daxilində izlənilə bilər
• Qaydaların pozulması (paylaşım, qeyri-normal istifadə və s.) deaktiv riskinə səbəb ola bilər
Sifariş tamamlandıqdan sonra bütün detallı məlumatlar “Sifarişlərim” → “Mütləq Oxu” bölməsində təqdim olunur. Zəhmət olmasa bu bölməni oxuduqdan sonra hesabdan istifadə edin.
Qeyd: Based.Az rəqəmsal məhsul və xidmətlərin aktivləşdirilərək istifadəçiyə təqdim olunmasına məsuliyyət daşıyır. Məhsulun istifadə edildiyi platformalarda tətbiq olunan qaydalar, limitlər, təhlükəsizlik yoxlamaları və texniki dəyişikliklər həmin platformaların daxili siyasətinə əsaslanır. Bu proseslərə Based.Az birbaşa müdaxilə edə bilmir.
Rəqəmsal abunə və xidmətlərdən rəsmi, sürətli və təhlükəsiz şəkildə Based.Az vasitəsilə dərhal yararlana bilərsiniz. Hər hansı sual və ya texniki çətinlik yaranarsa, sayt üzərindən Canlı Dəstək komandamıza müraciət etməyiniz kifayətdir. 💛
Yuxarıdakı siyahıdan uyğun müddəti və ya paketi seçin - qiymət seçimə görə dəyişir.
"İndi al" birbaşa ödəniş səhifəsinə keçirir; bir neçə məhsul almaq üçün "Səbətə at" seçilir. Sifariş üçün Based.Az hesabına daxil olmaq kifayətdir.
Bank kartı, BirBank, m10, Portmanat, Apple Pay / Google Pay, kartdan-karta köçürmə və ya sayt balansı ilə. Komissiya yoxdur - ödəniş rüsumunu Based.Az qarşılayır.
Ödənişdən dərhal sonra hesab məlumatları avtomatik Sifarişlərim bölməsində görünür.
Bu məhsul hazırda stokdadır: ödənişdən dərhal sonra avtomatik təqdim olunur və Sifarişlərim bölməsində görünür.
Giriş məlumatları (e-poçt, şifrə və ya kod) Sifarişlərim bölməsində sifarişin yanında çıxır. Girişdə təsdiq kodu istənsə, kod Mail Təsdiq bölməsindən götürülür.
Zəmanət seçilən paketə görədir: 1 ay, 6 ay - yəni hər paket öz müddəti boyu zəmanətlidir. Hər paketin yanında yazılıb. Zəmanət müddətində problem çıxsa, sifariş nömrəsi ilə canlı dəstəyə yazmaq kifayətdir - zəmanət qaydalarına uyğun həll olunur.
Əvvəlcə canlı dəstəyə yazmaq kifayətdir - problemlərin çoxu elə orada həll olunur. Məhsul 24 saat ərzində təqdim olunmayıbsa və ya qüsurludursa, geri ödəniş mümkündür: məbləğ sayt balansına qaytarılır (5%-dək xidmət haqqı tutula bilər). Ətraflı: geri ödəniş qaydaları.
Cavabı tapmadınız? Canlı dəstəyə yazın
Rəy yazmaq üçün daxil olun