

Adobe Creative Cloud - qrafik dizayn, foto redaktə, video montaj, animasiya, audio və digər kreativ sahələr üçün nəzərdə tutulmuş peşəkar proqram paketidir. Bu paket Adobe-un əsas və ən çox istifadə olunan proqramlarını bir arada təqdim edərək, kreativ layihələrin daha effektiv, çevik və peşəkar şəkildə hazırlanmasına imkan yaradır. Adobe Creative Cloud dizaynerlər, video montajçılar və kreativ mütəxəssislər tərəfindən geniş istifadə olunur.
Məhsul haqqında:
• Photoshop, Illustrator, Premiere Pro, After Effects, Audition və digər Adobe proqramlarına çıxış
• Qrafik dizayn, foto redaktə, video montaj, animasiya və audio layihələr üçün tam funksional istifadə
• Süni intellekt əsaslı Adobe AI / Firefly alətləri ilə daha sürətli və avtomatlaşdırılmış iş axını
• Proqramlara rəsmi Adobe hesabı üzərindən giriş və daim yenilənən versiyalardan istifadə imkanı
• Bulud yaddaşı (Cloud Storage) və layihələrə bir neçə cihazdan rahat giriş
Üstünlüklər:
• Bütün əsas Adobe proqramlarının bir paket daxilində istifadəsi
• Kreativ işlər üçün stabil və peşəkar proqram mühiti
• Fərdi və peşəkar istifadə üçün uyğun struktur
• Davamlı yenilənən proqram versiyaları ilə aktual qalmaq imkanı
• Dizayn, video və digər kreativ işlərdə vaxt və resurslara qənaət
Qeyd: Saytda təqdim olunan məlumatlar ümumi məlumat xarakteri daşıyır. Paketlərin funksiyaları, limitləri, qaydaları və məzmunu müvafiq platformalar tərəfindən müəyyən edilir və zamanla dəyişə bilər. Based.Az olaraq məqsədimiz sizi sifarişdən öncə mümkün qədər aydın və doğru məlumatlandırmaqdır. Ən dəqiq və aktual məlumatlar hər zaman platformanın rəsmi qaydalarına əsaslanır.
Adobe Creative Cloud - Aktivləşdirmə, Xidmət Şərtləri və İstifadə Qaydaları
Adobe Creative Cloud paketi Based.Az vasitəsilə təqdim olunur və istifadəçinin şəxsi Adobe hesabına əlavə edilir. Paket aktivləşdirildikdən sonra Adobe Creative Cloud daxilində mövcud olan bütün proqramlara lisenziyalı giriş imkanı yaradılır.
Xidmətin ümumi məlumatları:
• Paket istifadəçinin e-poçt ünvanına göndərilən dəvət (invite) vasitəsilə aktivləşdirilir
• Aktivləşdirmədən dərhal sonra e-poçt üzərindən bildiriş mesajı göndərilir
• Dəvət qəbul edildikdən sonra Adobe hesabına daxil olaraq proqramları yükləmək və istifadə etmək mümkündür
• Süni intellekt (AI) funksiyaları və bütün Adobe tətbiqləri aktiv vəziyyətdə olur
• Rəsmi paket olduğu üçün hesab bir neçə cihazda istifadə edilə bilər
• Xidmət müddəti ərzində Based.Az tərəfindən texniki dəstək təqdim olunur
Aktivləşdirmə prosesi:
İstifadəçi tərəfindən təqdim edilən e-poçt ünvanına paket dəvəti göndərilir. Dəvət qəbul edildikdən sonra Adobe Creative Cloud proqramlarından dərhal istifadə mümkündür. Əlavə aktivləşdirmə və ya texniki ayar tələb olunmur.
Məxfilik və hesab təhlükəsizliyi:
• Paket istifadəçinin şəxsi Adobe hesabına əlavə olunur
• Hesab məlumatlarının qorunması istifadəçinin məsuliyyətindədir
• Əsas istifadə etmədiyiniz, Behance/portfolio ilə bağlı olmayan və ya yeni bir alternativ hesab təqdim etməyiniz tövsiyə olunur.
• Yalnız paket istifadəsi üçün yaradılmış hesabdan istifadə tövsiyə olunur
İstifadə qaydaları və şərtlər:
• Adobe Creative Cloud paketi şəxsi istifadə üçün nəzərdə tutulur
• Hesab rəsmi paket olduğu üçün bir neçə cihazda istifadə edilə bilər
• Texniki səbəblərdən deaktiv olma halında paket gün ərzində bərpa edilir (maksimum 48 saat)/ Əgər paket zamanında bərpa olunmasa, keçici olaraq hazır hesab ilə əvəz edilə bilir, Canlı Dəstək-dən istəyə bilərsiniz.
Sifariş tamamlandıqdan sonra bütün detallı məlumatlar “Sifarişlərim” → “Mütləq Oxu” bölməsində təqdim olunur. Zəhmət olmasa bu bölməni oxuduqdan sonra hesabdan istifadə edin.
Qeyd: Based.Az rəqəmsal məhsul və xidmətlərin aktivləşdirilməsi və istifadəçiyə təqdim olunmasına görə məsuliyyət daşıyır. Məhsulun təqdim edildiyi platformalarda tətbiq olunan qaydalar, limitlər, təhlükəsizlik yoxlamaları və texniki dəyişikliklər həmin platformaların daxili siyasətinə əsaslanır və bu proseslərə Based.Az birbaşa müdaxilə edə bilmir. Abunə və rəqəmsal xidmətlərdən rəsmi, sürətli və təhlükəsiz şəkildə Based.Az vasitəsilə dərhal faydalana bilərsiniz. Hər hansı sual və ya texniki çətinlik yaranarsa, sayt üzərindən Canlı Dəstək komandamıza müraciət etməyiniz kifayətdir.
Bu məhsulda bir paket var - qiymət və müddət yuxarıda yazılıb.
"İndi al" birbaşa ödəniş səhifəsinə keçirir; bir neçə məhsul almaq üçün "Səbətə at" seçilir. Sifariş üçün Based.Az hesabına daxil olmaq kifayətdir. Sifariş zamanı e-poçt ünvanı istənilir - paket həmin hesaba tətbiq olunur.
Bank kartı, BirBank, m10, Portmanat, Apple Pay / Google Pay, kartdan-karta köçürmə və ya sayt balansı ilə. Komissiya yoxdur - ödəniş rüsumunu Based.Az qarşılayır.
Paket yazılan hesaba iş saatlarında (09:00-01:00) aktivləşdirilir - gecə 01:00-dan sonrakı sifarişlər səhər edilir. Vəziyyət Sifarişlərim bölməsində izlənir.
Bu məhsul istifadəçinin öz hesabına aktivləşdirilir. Sifariş verilərkən istənilən məlumat yazılır, aktivləşdirmə iş saatlarında (09:00-01:00) tamamlanır - gecə 01:00-dan sonra verilən sifarişlər səhər iş saatı başlayanda edilir. Vəziyyət Sifarişlərim bölməsində izlənir.
Ayrıca giriş məlumatı olmur - paket istifadəçinin öz hesabına aktivləşdirilir və hesab həmişəki kimi işləyir. Aktivləşdirmənin vəziyyəti Sifarişlərim bölməsində görünür.
Bu məhsulda zəmanət 1 aydır - yəni paketin bütün müddəti boyu. Paketin yanında da yazılıb. Zəmanət müddətində problem çıxsa, sifariş nömrəsi ilə canlı dəstəyə yazmaq kifayətdir - zəmanət qaydalarına uyğun həll olunur.
Əvvəlcə canlı dəstəyə yazmaq kifayətdir - problemlərin çoxu elə orada həll olunur. Məhsul 24 saat ərzində təqdim olunmayıbsa və ya qüsurludursa, geri ödəniş mümkündür: məbləğ sayt balansına qaytarılır (5%-dək xidmət haqqı tutula bilər). Ətraflı: geri ödəniş qaydaları.
Cavabı tapmadınız? Canlı dəstəyə yazın
Rəy yazmaq üçün daxil olun