Xidmətin hüquqi xarakteri və üçüncü tərəf platformalar
Bu səhifə Based.Az xidmətlərindən istifadə zamanı yaranan hüquqi münasibətlərin sərhədlərini izah edir. Sifarişin təsdiqi və ödəniş zamanı “oxudum və qəbul edirəm” işarəsini qoymaqla siz bu şərtləri qəbul etmiş olursunuz.
1.1. Based.Az tərəfindən təqdim olunan xidmətlər rəqəmsal məzmunun və onlayn abunəliklərin əldə edilməsi və texniki aktivləşdirilməsi üzrə vasitəçi xidmətidir. Based.Az heç bir platformanın rəsmi nümayəndəsi, distribütoru və ya tərəfdaşı deyil.
1.2. Based.Az tərəfindən təqdim edilən hesab məlumatları və abunəliklər fiziki məhsul deyil, rəqəmsal xidmət hesab olunur.
1.3. Based.Az aktivləşdirmə mərhələsinə, habelə məhsul səhifəsində göstərilən zəmanət müddəti ərzində zəmanət öhdəliyinə cavabdehdir. Zəmanət müddəti xaricində xidmətin davamlılığı müvafiq platformanın siyasətindən asılıdır.
2.1. Netflix, YouTube Premium, Spotify, OpenAI, Adobe Creative Cloud və digər platformalar Based.Az-dan tam müstəqil hüquqi şəxslərdir. Onların siyasətləri, təhlükəsizlik yoxlamaları və texniki məhdudiyyətləri Based.Az tərəfindən idarə edilmir.
2.2. Zəmanət müddəti ərzindəki öhdəliklər istisna olmaqla, platformaların aşağıdakı halları üçün Based.Az məsuliyyət daşımır:
hesab və ya abunəliyin deaktiv edilməsi;
region və ya ölkə məhdudiyyəti tətbiqi;
ödənişlərin platforma tərəfindən qəbul edilməməsi;
təhlükəsizlik yoxlamaları və cihaz məhdudiyyətləri;
siyasət dəyişiklikləri və texniki xətalar;
platforma tərəfindən xidmətin dayandırılması.
2.3. Məhsulun təmin edilməsi üçün xərclər sifariş anında və ya əvvəlcədən çəkilir və platformalar tərəfindən geri qaytarılmır (bu, imtina hüququ baxımından icraya başlanılma anını müəyyən etmir; həmin an Əsas Müqavilənin 1.1 bəndi ilə müəyyən edilir). Buna görə zəmanət müddəti xaricində və qanunvericiliklə açıq şəkildə başqa hal tələb olunmadıqda geri ödəniş, əvəzləmə və ya bərpa öhdəliyi yaranmır.
3.1. Rəqəmsal məhsulların aktivləşdirilməsi üçün Based.Az yalnız istifadəçinin təqdim etdiyi minimum məlumatlardan istifadə edir.
3.2. Bəzi xidmətlərin aktivləşdirilməsi üçün texniki zərurət olaraq aşağıdakı proseslər tətbiq oluna bilər:
region uyğunluğu və texniki aktivləşdirmə metodlarının tətbiqi;
Based.Az-ın səlahiyyətli texniki əməkdaşlarının hesaba müddətli və məhdud girişi;
yoxlama və aktivləşdirmə addımlarının icra olunması.
3.3. Bu proseslər yalnız sifarişin icrası məqsədilə həyata keçirilir, şəxsi məlumatların icazəsiz istifadəsi qadağandır və məlumatlar Məxfilik Siyasətinə uyğun qorunur.
3.4. Bəzi məhsullarda istifadəçinin özündən VPN, müəyyən region və ya giriş üsulu kimi texniki tələblərə əməl etməsi istənilə bilər. Bu tələblər sifarişdən əvvəl bildirilir və Əsas Müqavilə ilə tənzimlənir.
4.1. İstifadəçi aldığı abunəliyi yalnız şəxsi istifadə məqsədilə istifadə etməlidir.
4.2. Tək cihazlıq və ya fərdi hesabların başqaları ilə paylaşılması qadağandır.
4.3. İstifadəçinin səhv məlumat daxil etməsi nəticəsində yaranan problemlərə görə Based.Az məsuliyyət daşımır.
4.4. Hesab məlumatlarının təhlükəsiz saxlanılması istifadəçinin öhdəliyidir.
4.5. Multi-login, region uyğunsuzluğu və ya ortaq hesabın giriş məlumatlarının dəyişdirilməsi nəticəsində yaranan problemlərə görə məsuliyyət istifadəçiyə məxsusdur.
5.1. Based.Az platformada göstərilən məlumatların doğruluğunu təmin etməyə çalışır, lakin Əsas Müqavilədə və məhsul səhifəsində açıq göstərilmiş öhdəliklər istisna olmaqla, üçüncü tərəf platformaların davranışına, xidmətin stabilliyinə və davamlılığına təminat vermir.
5.2. İstifadəçi üçüncü tərəf platformaların qərarları ilə bağlı risklərin Based.Az-ın nəzarətindən kənar olduğunu qəbul edir.
5.3. Aşağıdakı hallarda məsuliyyət Based.Az-a aid deyil: üçüncü tərəf platformaların dəyişiklikləri, xarici ölkə siyasəti və region məhdudiyyətləri, platformanın texniki nasazlıqları, istifadəçinin platforma qaydalarını pozması, istifadəçinin yanlış məlumat daxil etməsi.
5.4. Bu bölmədəki məhdudiyyətlər qəsdən və ya kobud ehtiyatsızlıqla vurulmuş zərərə və qanunvericiliklə məhdudlaşdırılması yolverilməz olan məsuliyyətə şamil edilmir.
6.1. Tərəflər arasında yarana biləcək mübahisələr ilkin olaraq yazılı müraciət və danışıqlar yolu ilə həll edilir.
6.2. Razılıq əldə edilmədikdə mübahisə Azərbaycan Respublikasının məhkəmələrində Mülki Prosessual Məcəllənin aidiyyət qaydalarına uyğun həll edilir. İstehlakçı iddianı öz yaşadığı yerə, müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə də verə bilər (Mülki Prosessual Məcəllə, 36.9).
6.3. Bu səhifədə nəzərdə tutulmayan məsələlər Əsas Müqavilə və Azərbaycan Respublikasının qüvvədə olan normativ hüquqi aktları ilə tənzimlənir.
Bu səhifə Based.Az xidmət şərtlərinin tərkib hissəsidir və Əsas Müqavilə ilə birlikdə tətbiq olunur. Sifariş rəsmiləşdirilərkən qüvvədə olan redaksiya həmin sifarişə şamil edilir və sistemdə saxlanılır.
Sənəd kodu: Ə-6 · Əsas Müqavilə: https://based.az/rules